Meksika inamlı qələbə qazandı - DÇ gecəsi

12.06.2026 01:00 11
DÇ 2026 / Dünya futbolu
İyunun 11-i, Bakı vaxtı ilə saat 23.00-da futbol üzrə 23-cü dünya çempionatı start götürdü.

“Football-plus.az” xəbər verir ki, mundialın ilk oyununda təşkilatçı ölkələrdən Meksikanın yığması Cənubi Afrika yığması ilə qarşılaşdı. A qrupu çərçivəsində keçirilən bu oyunda meydan sahibləri inamlı qələbə qazandı – 2:0.

Cənubi Afrika yığmasının oyunçularından Sithoul 49-cu, Zvane 84-cü dəqiqədə qırmızı vərəqə ilə cəzalandı.

Meksika – Cənubi Afrika 2:0
Xulian Kinyones, 9. Raul Ximenes, 67.

Bakı vaxtı ilə səhər saat 6-da isə A qrupunun Koreya – Çexiya oyunu start götürəcək.