• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Səudiyyə Ərəbistanına kütləvi axın

Dünya futbolu

27-08-2023, 19:0

Dünyada futbolçu transferi bazarı, necə deyərlər, od tutub yanır.

"Football-plus.az" xəbər verir ki, bunun əsas səbəbi isə Səudiyyə Ərəbistanı klublarının bir nömrəli alıcı rolunda çıxış etməsi ilə bağlıdı. Asiyanın bu ölkəsinə əsasən Avropadan olan kütləvi axına şeyxlərin heç də az olmayan pullarını sağa-sola xərcləməsi şərait yaradıb. Bütün dünyanın diqqət mərəzində olan prosesin qəribə və görünməyən tərəfləri də var. İndi ekspertlərin bu mövzuda olan ümumi fikirlərinə nəzər salacağıq.
Neymar avropalılara lazım deyildi

İki kluba qarşılıqlı hərrac sərfəli görünür və oyunçuya görə rekord məbləğdə pul ödənilir. Bu, bəzən ağlagəlməz fakt sayılır, amma müasir bazarın reallığı belədi. Səudiyyə Ərəbistanından olan şeyxlər isə futbolçulara həddindən artıq dəyər verirlər. Halbuki həmin oyunçunu nisbətən ucuz qiymətə də almaq olardı. Qəribə məqamdı. Məsələn, Neymar zədə səbəbindən mövsümün hardasa yarısında meydanda görünmür. Bunu nəzərə almayan “Əl-Hilal” rəhbərliyi isə ona görə PSJ-yə 90 milyon avro ödəyir. Yeri gəlmişkən, braziliyalı hücumçu yenə zədəlidi, bu səbəbdən yeni komandasındakı debütü gecikəcək. Maraqlı məqam odu ki, ərəblərin “dünyanın ən yaxşı futbolçularından biri” adlandırdıqları Neymar Avropa nəhənglərinə lazım olmayıb! Başqa sözlə, bu qitədə ağlı başında olan heç kim ona görə 90 milyon avro verməzdi...

Bəli, Avropada heç bir klub bazar qiyməti 60 milyon avro olan 31 yaşlı hücumçuya görə bu məbləğin 1,5 qatı qədər xərcə düşməzdi. Amma Fransa nəhəngi adekvat keçid variantında istisna edilən qədər qazancdı. İndi Səudiyyə Ərəbistanında Neymarla eyni yaşda olan Məhəmməd Salaha görə 90 milyon avro ödəməyə hazır olan klubun “Liverpul”a təklif edəcəyi söylənilir. Şeyxlər bu klubdan azad agent kimi ayrılan hücumçu Roberto Firminonu sıralarına havayı qatmışdılar. İndi isə Yürgen Kloppu Salahla ona görə yaxşıca qazanmaqla vidalaşa biləcəyinə əmin etməyə çalışırlar.

Hə, Məhəmməd inanılmaz dərəcədə yüksək səviyyəli futbolçudu. Amma normal bazar şərtlərində qiymətə yaş amili təsir edir. 30-u keçən misirlinin real dəyəri təxminən 65 milyon avroya bərabərdi. Maraqlısı odu ki, Avropada bu məbləği hər klub ödəmir. Və həm də ona görə ki, bu qitədə, demək olar ki, hər bir nəhəngin borc problemi var. Salahın bu yay komandasını dəyişmək istəyindən uzaq olması da nəzərə alınır. Amma ona bir neçə illik müqavilə üçün 180 milyon avro maaş, Kloppa isə böyük məbləğdə təzminat təklif edilsə, Məhəmməd sabiq komanda yoldaşları Fabinyo ilə Cordan Hendersonla yenidən birgə oynaya bilər.

Malkom və Otavioya görə də çox təzminat ödənilib

Bu planda nümunələrə göz gəzdirməyə davam edək. Avropada heç kim Makoma görə 60 milyon avro xərcə düşməzdi. Qışda PSJ onun üçün sonradan birdəfəlik transfer hüququ verilmədən icarə müqaviləsi təklifi ilə çıxış etmişdi. Rusiya premyer-liqasının beynəlxalq alımdın təcrid vəziyyətində olan turnir sayılması fonunda hətta 30 milyon avro da “Zenit” üçün sərfəli məbləğ olardı. Bir neçə gün əvvəl 20 yaşlı rusiyalı yarımmüdafiəçi Arsen Zaxaryan 12,5 milyon avroya Moskva “Dinamo”sundan “Real Sosyedad”a satılıb. Başqa sözlə, şeyxlər daha əvvəl “Zenit”i “pul yağışında islatmışdılar”. Necə ki, bir neçə il əvvəl çinlilər Aksel Vitsel ilə daha bir braziliyalı hücumçu Halka görə həddindən artıq xərc çəkmişdilər. İndi Sergey Semakın yeni transferlər üçün kifayət qədər pulu var. Amma Rusiyanın digər klubları bu baxımdan “Zenit”lə rəqabət apara bilməzlər.

Bənzər fokusu çərşənbə günü “Portu” reallaşdırıb. Portuqaliya klubu hücumameyilli yarımmüdafiəçi Otavionu Kriştiano Ronaldo ilə Sadio Manenin çıxış etdiyi “Əl-Nəssr”ə 60 mlyon avroya satıb. Braziliyada doğulan 28 yaşlı futbolçu Portuqaliyada çoxdan çıxış edirdi. “Portu” onu 2014-cü ildə “İnternasyonal”dan 2,5 milyon avroya almışdı. Əlbəttə, Avropada çıxış etdiyi dövrdə qiyməti tədricən artmalı idi, hardasa 35 milyon avroya çatmışdı. Amma ərəblər portuluları 60 milyon avro irəli saldılar. Otavio üçün həddindən artıq təzminatdı. Və bu, normal hal sayıla bilməz. Axı belə əməliyyat fırıldaqçılığa yol açır.

Aydın məsələdir ki, “Çelsi”nin satdığı oyunçuların keçid qiyməti o qədər də inanılmaz deyil: Kalidu Kulibali ilə Eduar Mendiyə görə hardasa 12 milyon avro artıq ödənilib, Nqolo Kante isə Londonu azad agent kimi tərk edib. Klubun sahibi Todd Boeli daha bir yolun olduğunu anladı. Lukaku indi gənclərdən ibarət komandan ilə məşq edir və indiyədək yeni baş məşqçi Maurisio Poçettino ilə ünsiyyət qurmayıb. Şeyxlər Romelu ilə anlaşsalar, ingilislər belçikalı hücumçunun transferi üçün 90 milyon avro tələb edəcəklər. Hərçənd 30 yaşlı futbolçunun dəyəri bundan iki dəfə ucuzdu. Belə faktlar hələ çox olacaq. Ruben Neveşin real dəyəri 40 milyon idi, amma ərəblər portuqaliyalı yarımmüdafiəçiyə görə “Vulverhempton”a 55 milyon avro ödədilər. Transfer bazarı Aleksandar Mitroviçi 28 milyon avro qiymətləndirirdi, ərəblər isə “Fulhem”i 53 milyon avro irəli saldılar. Bu məbləğ təbii ki, qeyri-adekvatdı. Serb hücumçu bu qədər dəyərli deyil.

Hətta “Latsio”nun Sergey Milinkoviç-Saviç üçün 100 milyon avro ala bilməməsi qəribədi. Axı prezident Klaudio Lotito bunu çox arzulayırdı. Artıq vurğuladığımız kimi, Səudiyyə Ərəbistanına yollanan əksər futbolçular real dəyərindən baha qiymətə satılır. Bəli, məvaciblər də qeyri-adekvatdı, çünki Avropada qalacağı halda əksər oyunçular daha az maaşa razılaşardılar. Vurğulanası bir məsələ də var. Əməliyyatlar nəticəsində agentlərin nə qədər komisiya aldıqları açıqlanmır. Bu planda yalnız “Əl-Nəssr”ə ötən ilin dekabrında keçən Kriştiano Ronaldonun meneceri Requfenin 30 milyon avro irəli düşdüyü məlumdu.

Transfer bazarı şeyxlərsiz də “xəstədi”
Mövcud vəziyyətin nə dərəcədə absurd olduğunu anlamaq üçün bir misal da göstərək. Joao Feliş 2019-cu ildə “Benfika”dan “Atletiko”ya 127 milyon avroya keçib. Sual olunur: bu məbləğ hardan ortaya çıxıb? Heç hardan, bu rəqəm, sadəcə, uydurulub. Portuqaliyalı futbolçu son mövsümün ikinci yarısını “Çelsi”də keçirib. London klubu icarəyə götürdüyü hücumameyilli yarımmüdafiəçinin transfer hüququnu almaq istəməyib. Belə vəziyyətdə “Barselona” araya girməyə çalışır. İspaniya nəhəngi ötən il madridliləri çalışdıran Dieqo Simeone ilə ciddi mübahisə edən Joaonu sıralarında görmək istəyir. Deyilənə görə, rəhbərlik onu heyətinə qatmaq üçün Xavi Ernandesin razılığını almayıb. Absurddu, amma işin başında məşhur portuqaliyalı futbolçuların “Xaç atası” sayılan Jorje Mendeş kimi agent dayanıbsa, keçidin reallaşması mümkündü.

Futbol məmurları isə uzun illərdi bu oyun üçün vacib sayılan islahatları sabotaj edirlər. Məsələn, qadın futbolunda seksual təcavüz və ya buna cəhdlə bağlı tez-tez qeydə alınan hadisələrə göz yumurlar. Söhbət heç də İspaniya Futbol Federasiyasının prezidenti Luis Rubialesin qadınlar arasında dünya çempionatında qalib gələn milli komandanın oyunçusunun dodaqlarından öpməsindən getmir, hərçənd bu hərəkət də yolverilməzdi. Məsələ klub və milli komandalarda xanımların zorlanmaya məruz qalmasıyla bağlıdı. Bu sahədə onları zənginlikləri və şöhrəti müdafiə edə bilmir. Buna oyunçuların həddən artıq yüklənməsi kimi problemi də əlavə etmək olar.

Daha bir ciddi problem Səudiyyə Ərəbistanı şeyxlərinin hərəkətlərinə reaksiyanın olmamasıdı. Böyük pulların bu dərəcədə sağa-sola xərclənməsinin mənası yoxdu. Onsuz da heç nə alınmayacaq. Kərim Benzema artıq “Əl-İttihad”da baş məşqçi Nunu Eşpiritu Santu ilə problem yaşamaqdadı. Ronaldo da özünü qeyri-adekvat aparır, məşhur portuqaliyalı hücumçu son oyunda hakimlərin üzərinə atılıb. Nəzarətin olmadığı yerdə hörmət də olmur. Amma Asiya ölkəsinə gələn legionerlərin hamısına görə böyük pulların sərf edilməsi psixoz vəziyyətin başlamasına yol açır. Necə deyərlər, qızıl qızdırmanın ən pis forması yaşanır.

Əksər nəhənglər cəzasız qalırlar
İndi şeyxlər transfer bazarında istədiklərini edə biləcəklərini düşünürlər. “Çelsi”, PSJ və “Mançester Siti”də maliyyə ilə bağlı müəmmalı vəziyyətlər olsa da, bu klubların heç biri avrokuboklardan kənarlaşdırılmayıb. Aleksander Çeferin “dost”u Andrea Anyellinin uzun müddət “Yuventus”da hansı maliyyə fırıldaqçılığı ilə məşğul olduğunu bilməmiş deyildi. Amma UEFA-nın prezidenti illər ərzində susmağa üstünlük verib. Doğrudu, “Yuventus” bu mövsüm üçün Konfrans Liqasında iştirak hüququnu itirib. Amma burda vurğulanası çox ciddi məsələ var. Çeferin Turin klubunun Avropa Superliqası layihəsindən çıxmasına nail olub. Əvəzində İtaliya nəhənginə daha ağır sanksiya verilməyib. Onsuz da “Yuve” üçün Konfrans Liqasında çıxış xeyirdən çox əlavə xərclər demək idi...

Bu yerdə ədalətdən danışmaq yersizdi, çünki bu mümkün deyil. Amma ədalət məhkəməsinin sorğu-sualı məntiqidi. Məmurların korrupsiya qalmaqallarından sonra agentlər haqqında qanunlar yazmaq və oyunçuların dəyərini formalaşdırmaq üçün kifayət qədər vaxtı olub. Hətta dünyada maliyyə böhranı yaşanacağı halda nəhənglərin müflis olmaması üçün futbolçuların məvacibinin ən yüksək həddi də müəyyən edilə bilərdi. Lakin...
Qətər və Səudiyyə Ərəbistanı şeyxləri üçün isə hər şey olar. Hətta bazarı nə klubların gəlirləri, nə də məntiqi cəhətdən əsaslandırılan pulların “sel”inə çevirə bilərlər. Amerikalı milyarderlər də İngiltərə premyer-liqasında nəzarətsiz qalıblar. Boeli artıq “Çelsi”nin yeni oyunçuları üçün 1 milyard avrodan çox xərcləyib. Avropa İttifaqına daxil olan ölkələrin klubları “maliyyə feyr-pleyi” qaydalarının bu şəkildə pozulmasına görə ciddi cəzalardan qaça bilməzdilər...

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

15-08-2023, 18:0

Neymar Səudiyyə Ərəbistanında dünyaları qazanacaq

Dünya futbolu / Manşet

15-08-2023, 22:0

Neymar Səudiyyə Ərəbistanında

Maraqlı

16-05-2023, 17:0

Messi yenə Səudiyyə Ərəbistanına getdi

Dünya futbolu

27-07-2023, 20:0

Fabinyo itlərinə görə Səudiyyə Ərəbistanına yollana bilmir

Dünya futbolu

19-08-2023, 17:0

Pireydən Səudiyyə Ərəbistanına yollandı

Aktual
“Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
Aslan Kərimov: “Zirə” indiki heyətlə Konfrans Liqasında 1-2 mərhələ adlaya bilər” - bəs, niyə başlamır?
Millidə həyəcan təbili... – narahatıq, Ayxan bəy!
“Mingəçevir” Ramiz Məmmədovla bağlı qərar verdi – uğursuz mütəxəssislə yollar ayrılacaq?
“İmişli” jurnalistlər üçün müsabiqə elan etdi, ara qarışdı
“Fikrimcə, işi pley-offa saxlamaq olmazdı” - komandadan göndərilən kapitan
Son xəbərlər
  • Bu gün, 01:06
    Kanada ilə Bosniya və Hersoqovina “sülh”ə razılaşdı - DÇ gecəsi
  • Dünən, 23:59
    Yenə B seriyasında işləyəcək
  • Dünən, 23:30
    Berqamonu tərk etdi
  • Dünən, 23:09
    “Kayzerslautern”də qalır, ya gedir? - Mahirin anasından açıqlama
  • Dünən, 22:53
    Reşfordun yolu haradı?
  • Dünən, 22:20
    Mourinyonun təyinatı rəsmiləşdi
  • Dünən, 22:05
    “Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
  • Dünən, 21:23
    Argentina yığmasında zəruri dəyişiklik
  • Dünən, 20:44
    Açılış günü həyatını itirdi...
  • Dünən, 20:21
    Konqolular üzərindən qadağa götürüldü
  • Dünən, 19:43
    Bu gün meydana çıxa bilməyəcək
  • Dünən, 19:23
    Çempion oldu, müqaviləsi yeniləndi
  • Dünən, 19:05
    AFFA-da klub nümayəndələri ilə görüş keçirildi
  • Dünən, 18:40
    Boksçularımız Dünya kubokunda mübarizə aparacaq
  • Dünən, 18:03
    Əziz Yıldırımın Kocamanla bağlı şübhələri var...
  • Dünən, 17:56
    Aslan Kərimov: “Zirə” indiki heyətlə Konfrans Liqasında 1-2 mərhələ adlaya bilər” - bəs, niyə başlamır?
  • Dünən, 17:30
    Marner: 6 dəqiqə 10 saniyəyə het-trik!
  • Dünən, 17:19
    Ən ucuz biletin qiyməti 9 min dollardı!
  • Dünən, 16:15
    Millidə həyəcan təbili... – narahatıq, Ayxan bəy!
  • Dünən, 15:44
    “Mingəçevir” Ramiz Məmmədovla bağlı qərar verdi – uğursuz mütəxəssislə yollar ayrılacaq?
  • Dünən, 15:13
    "Karvan-Yevlax" növbəti ayrılıq
  • Dünən, 14:42
    “İmişli” jurnalistlər üçün müsabiqə elan etdi, ara qarışdı
  • Dünən, 14:25
    Avstraliya Türkiyə ilə oyundan öncə məşqçisini həvəsləndirdi
  • Dünən, 14:11
    “Fikrimcə, işi pley-offa saxlamaq olmazdı” - komandadan göndərilən kapitan
  • Dünən, 13:56
    “Kaşkilya hələ ki bizim baş məşqçimizdi” – “İmişli” nə edir?
  • Dünən, 13:45
    "Sumqayıt"ın futbolçusu əməliyyat olundu
  • Dünən, 13:19
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 13:18
    Murad Musayev "Şəfa"da
  • Dünən, 13:11
    Debütantda bu təyinat cəmi 8 gün davam etdi
  • Dünən, 12:52
    UEFA-dan ABŞ-yə buraxılmayan hakimə tarixi jest
  • Dünən, 11:49
    İngiltərədə iş yerini dəyişdi
  • Dünən, 10:37
    Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
  • Dünən, 10:26
    Çexiya mundiala məğlubiyyətlə başladı - DÇ səhəri
  • Dünən, 10:00
    Karyerasını başa vurdu
  • Dünən, 01:00
    Meksika inamlı qələbə qazandı - DÇ gecəsi
Daha çox
Oxunub: 498
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
Oxunub: 207
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Oxunub: 200
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Oxunub: 186
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
Oxunub: 175
"Qara xəbər" Tovuzda işləri dayandırıb? – klubdan açıqlama
Oxunub: 162
“Titanik” aysberqə doğru irəliləyir – Azər Bağırovun məqsədi nədi?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə