Çexiya mundiala məğlubiyyətlə başladı - DÇ səhəri

12.06.2026 10:26 18
Dünya futbolu / DÇ 2026
İyunun 12-si, Bakı vaxtı ilə səhər saat 6-da A qrupunun Koreya - Çexiya oyunu start götürüb.

Hesabı avropalılar, daha dəqiqi, Ladislav Kreyçi 59-cu dəqiqədə açsa da, asiyalılar sonradan iki qol vurmaqla qələbə qazanıb.

Koreya – Çexiya 2:1
Hvan İn Bom, 67. O Hyın Qyu, 80 – Ladislav Kreyçi, 59.

Bu gecə, 23.00-da Kanada – Bosniya və Hersoqovina, sabah səhər 5-də isə ABŞ – Paraqvay oyunu keçiriləcək.