Mbappe PSJ-dən ayrılması haqda danışdı

19.10.2022 19:52 412
Dünya futbolu
PSJ-nin hücumçusu Kilian Mbappe mətbuata açıqlama verib.

Football-plus.az xəbər verir ki, o, Fransa çempionatının 11-ci turunun "Marsel"lə oyunundan (1:0) sonra klubdan ayrılmaq istəyini təkzib edib. Onun haqqında klub rəhbərliyi ilə qarşılıqlı razılaşma əsasında müqaviləyə xitam verəcəyi ilə bağlı xəbərlər yayılmışdı.