• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Neymar PSJ-dən incikdi - TƏHLİL

Dünya futbolu / Yazarlar

1-07-2022, 18:0

Neymar PSJ-dən gedir – forvard Parisə köçəndən bəri hər yay bu mövzuda Braziliya “sabun operası”nı izləməli oluruq.

Ancaq istənilən serial gec-tez başa çatır və bəlkə də biz artıq kulminasiya ərəfəsindəyik. Və ya elə bir məqamdayıq ki, ssenari müəllifləri süjeti ən yüksək gərginlik həddinə çatdırıblar. Sadəcə, sondu, yoxsa növbəti həyəcanlı epizod – bu hələ bəlli deyil. Görünən mənzərə budu ki, tərəflər heç vaxt olmadığı qədər “boşanma”ya hazırdı. Ona görə ki, bu dəfə mümkün ayrılıq təşəbbüsü klubdan gəlib. Prosesdə katalizator rolunu isə Mbappe ilə yeni müqavilənin imzalanması oynayır. Həmin vaxt Fransa mediası forvardın səlahiyyətlərinin genişlənməsinə vurğunu qoymuşdu. Yəni yeni idman direktorunun, baş məşqçinin təyinatında, transferlərdə Mbappenin ən azı fikri öyrəniləcək. Elə ilk andan sürrealizm kimi görünən belə xəbərləri futbolçu dərhal təkzib etməyə çalışdı. Anlatdı ki, bəli, təsir dairəsi genişlənib, ancaq yenə də futbolçu kimi qalır və klubda başqa səlahiyyəti yoxdu. Bununla belə, Neymarın mümkün gedişi ilə bağlı ilk siqnalı məhz Mbappenin adına bağladılar. Guya o, braziliyalı ilə vidaşaşmağın əleyhinə deyil. Bütün bu söz-söhbət həmklubların münasibətlərinin korlanması haqda şayiələrlə tamamlanırdı. Cavabında futbolçunun yaxınları dövriyyə bəzi informasiyalar sızdırdı. Həmin informasiyaların mahiyyəti bundan ibarət idi ki, Neymar PSJ-yə sadiqdi, yeni layihənin bir hissəsi olmaq istəyir və müqavilə müddətinin sonuna qədər çalışmaq fikrindədi.

Paris tələsi

Vəziyyət bir müddət sakitləşsə də, parislilərin prezidenti Nasser Əl-Xelayfinin bəzi açıqlamalarından sonra yenidən canlandı. Onun dediyinə görə, bəzi futbolçular vəziyyətdən yararlanıblar və indi getməlidilər. Prezident gənc və uğur acı olan gənclərə güvənmək niyyətini gizlətmədi, özü də daha çox Paris qeydiyyatı olanlara:

“Bəlkə də şüarımızı dəyişmək lazımdı. “Daha böyük hədəfləri arzula” yaxşı şüardı, ancaq biz hər şeydən əvvəl realist olmalıyıq. Daha qışqır-bağır salan, parıldayan tərəf olmaq istəmirik. Yenidən təvazökar olmalıyıq. Meydanda və onun hüdudlarından kənarda intizamlı olmalısız. Rahatlıq zonasında qalmaq istəyən, döyüşməyən istənilən futbolçudan imtina edəcəyik”.


Artıq bu ifadədən Neymarın gecə məclislərinə və dünyəvi həyatın başqa gözəlliklərinə sevgisinə işarə vurulduğunu anlamaq çətin deyil. Ancaq braziliyalını və yaxın ətrafını özündən daha çox çıxaran məqam prezidentin ulduzun Paris layihəsində gələcəyini şərh etməkdən boyun qaçırması oldu. Və bundan dərhal sonra Neymarın incikliyi, eyni zamanda Parisə sadiqliyi ilə bağlı xəbərlər artmağa başladı. Rəhbərlik ictimaiyyət önündə belə xəbərlərə heç bir reaksiya vermədiyindən “ağır artilleriya” işə düşdü. “RMC Sport”un insayderlərinin sayəsində dünya Neymarın elə bu yay klubu dəyişmək variantına baxmasından xəbər tutdu. Və maliyyə tələblərinə ən azı minimal səviyyədə riayət etməli olan PSJ üçün bu əla variant olardı. Üstəlik “L’Equipe”in informasiyasına inansaq, braziliyalının müqaviləsinin şərtlərinə görə, iyulun 1-dən müddət avtomatik 2027-nin yayına qədər uzadılacaq. Həmin vaxt Neymarın artıq 35 yaşı olacaq. Onun yaşlandıqcaq PSJ-yə karyerasının zirvəsində olduğu dönəmlə müqayisədə daha artığını verəcəyi böyük şübhə doğurur. Klubda bunu anlayırlar, sadəcə, parislilər braziliyalının yeni müqaviləsi ilə özlərini tələyə salıblar.

Pul naminə qulluq

Yenə də “L’Equipe” nəşri iddia edir ki, müqavilənin pozulması variantı hədsiz çox xərc tələb edir və qalan müddəti nəzərə alanda parislilərə 130 milyon avroya başa gələcək. Hətta PSJ üçün də bu çox böyük rahatlıq kimi görünür. Belədə braziliyalının cəmi 50 milyon avroya buraxılması yetərincə real variantdı. Hər halda, braziliyalıya tələbat yetərincə böyükdü. “Yuventus”la danışıqlar, demək olar ki, başlamadan bitdi. “Barselona”nın futbolçuya maraq göstərməsi ilə bağlı deyilənlər isə utopiyadı. Kataloniyalılar maaş tavanı ilə bağlı problem üzündən kluba azad agent kimi qoşulan Frank Kessye ilə Andreas Kristensen keçidini belə rəsmiləşdirə bilmir, DÇ-2022-yə ideal şəkildə hazırlaşmağı arzulayan Dani Alveslə qısamüddətli müqaviləni ləğv etdi. “Blauqrana”nın prezidenti Xuan Laporta açıq şəkildə dedi ki, ulduzların dönüşü yalnız pulsuz əsasda mümkündü. Onun mayda Neymarla bağlı dediyi ifadə isə dillər əzbəridi:

“PSJ ilə belə uzunmüddətli müqavilə imzalayan oyunçular faktiki qul olmağa razılaşırlar. Pul əvəzində”.


Bəs onda Neymarı qızıl qəfəsdən kim çıxaracaq? “RMC Sport” iddia edir ki, yalnız üç real namizəd var. Hərçənd MY-ni bu siyahıdan çıxarmaq istəyirsən. Braziliyalının gəlişi yalnız Kriştiano Ronaldo ilə vidalaşmaq təqdirində mümkündü. Braziliyalı ulduz “Nyukasl”ın cibinə görədi, sadəcə, zənginləşsə də, elitada yerini çətinliklə qoruyan “sağsağanlar”ın statusu Neymarı qorxudur. Odu ki, yalnız “Çelsi” variantı qalır. “Zadəganlar”ın xeyrinə olan amillər sabit maliyyə durumu, həmçinin Tomas Tuxelin PSJ-də onunla birgə çalışmasıdı.

Əvvəllər də futbolçunun Parisdə problemləri olub. Məsələn, 2019-da forvard Parisi tərk etməyə çalışdı və azarkeşlərlə mübahisəyə girişdi. Alman mütəxəssis qovulanda Neymar onunla münasibətləri pozulanlar sırasında deyildi. Əksinə, məşqçi ilə şəxsi münasibətləri olan futbolçu klubun qərarından şoka düşmüşdü. Braziliyalı qışda onu da etiraf etdi ki, Tuxelə xüsusi simpatiyası olub və bu qeyri-adi adam üçün meydanda canını verməyə hazır imiş. İndi isə Tuxel Neymarın karyerasında ciddi dəyişikliyə start verə bilər. “Çelsi”nin yeni sahibi Todd Boeli baş məşqçiyə pul da verib, səlahiyyət də.

Sitat

Tite, Braziliya yığmasının baş məşqçisi:

“Neymar problem deyil, qərardı. Bəzən deyirlər ki, o meydanın mərkəzində çox səhvə yol verəcək. Mövqeyi onun daha çox səhv etməsinə şərait yaradır. Neymar yaradıcı oynayanda komandasına böyük töhfə verir. Neymarı cinaha qoyan məşqçini eşşək adlandırardım. Belə qərar onun yaradıcı qabiliyyətlərini kəskin şəkildə məhdudlaşdırır. Bəli, o çox səhvə yol verəcək, ancaq onun yer aldığı mövqe və yaradıcılıq qabiliyyətləri bunu tələb edir”.



Neymar PSJ-də 100 qol vurub

Braziliyalı ulduz Parisdə keçirdiyi 5 mövsüm ərzində 144 oyunda 100 top vurub. O, Fransa çempionatında 69, Çempionlar Liqasında 20, Fransa kubokunda 7, Fransanın Liqa kubokunda 3, ölkə Superkubokunda 1 dəfə fərqlənib. Braziliyalı klub tarixinin bombardirləri siyahısında 5-ci yerdə qərarlaşıb. Ondan çox qol vuranlar Pedro Pauleta, Zlatan İbrahimoviç, Kilian Mbappe və Edinson Kavanidi. Neymar orta məhsuldarlığa (hər oyunda 0,69 qol) görə uruqvaylını qabaqlayır, ancaq Mbappe ilə İbrahimoviçə uduzur.

oyunçu ölkə illər oyun qol orta hesabla
Edinson Kavani Uruqvay 2013–20 301 200 0,66
Kilian Mbappe Fransa 2018-indi 216 170 0,79
Zlatan İbrahimoviç İsveç 2012–16 180 156 0,87
Pedro Pauleta Portuqaliya 2003–08 211 109 0,52
Neymar Braziliya 2017-indi 144 100 0,69
Anxel Di Mariya Argentina 2015-indi 295 93 0,32
Dominik Roşto Fransa 1980–87 221 87 0,39
Safet Suşiç Yuqoslaviya 1982–91 310 74 0,24
Rai Braziliya 1993–98 207 69 0,33
Giyom Oaro Fransa 2008–13 161 57 0,35
Corc Vea Liberiya 1992–95 133 50 0,38

ORXAN

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

23-05-2022, 12:0

Neymar tarixdə bunu bacaran 3-cü futbolçu oldu

Dünya futbolu

24-05-2022, 16:0

Neymar satışa çıxarılacaq?

Dünya futbolu

26-05-2022, 16:0

Neymar haqqında gəzən iddiaya münasibətini bildirdi

Aktual
Qurban Qurbanovun növbəti qurbanı... - "Dinamo" baş məşqçisiylə vidalaşır
“Sözsüz, səhvlərə yol veririk” – Bense Varkonyi
Şok: azərbaycanlı hakim-inspektor Albaniyada həmvətənini tanımadı!
“Qarabağ” üçün yaxşı əlamət: Prins Ovusu vurursa, siz niyə vurmayasız?!
“Slavik özü gəldi, xahiş elədi ki, komandadan getmək istəyirəm” - elitanı 1-ci liqaya dəyişdi
“Həm hücumda, həm də müdafiədə daha güclü “Turan Tovuz” izlədəcəyik” - “Bozqurd” Tovuza xüsusi qatarla döndü
Son xəbərlər
  • Bu gün, 12:51
    Qurban Qurbanovun növbəti qurbanı... - "Dinamo" baş məşqçisiylə vidalaşır
  • Bu gün, 12:30
    “Barselona”nı tərk etdi
  • Bu gün, 12:03
    Keyn qalacaq, yoxsa gedəcək?
  • Bu gün, 11:32
    Əvvəlki iş yerinə qayıda bilər
  • Bu gün, 11:01
    Bir London klubundan digərinə keçəcək
  • Bu gün, 10:40
    “Səfər matçı istənilən halda çətin keçəcək, çünki...” - Vaqif Cavadov "Tvente" ilə oyunlar haqda nə dedi?
  • Bu gün, 10:19
    UEFA-nın klub reytinqində 4 pillə irəlilədik
  • Bu gün, 10:06
    Cəlalın komandası qələbə qazandı
  • Bu gün, 10:00
    İtaliyada komandasını dəyişdi
  • Bu gün, 09:40
    Bu gün Qəbələ və Masazırda oyunlar var - YENİLƏNİR
  • Bu gün, 00:02
    "Qarabağ" - "Şamaxı" oyununun biletləri satışda
  • Dünən, 23:49
    İtaliyanın paytaxtını tərk etdi
  • Dünən, 23:18
    Liverpula yollanmağa yaxındı
  • Dünən, 22:57
    “Sözsüz, səhvlərə yol veririk” – Bense Varkonyi
  • Dünən, 22:24
    “Bu sual mənə ünvanlanmamalıdı” – Kurban Berdıyev
  • Dünən, 22:09
    “Biz bu heyətlə ilk oyunumuzu keçirirdik” – Kaxaber Sxadadze
  • Dünən, 22:03
    Şok: azərbaycanlı hakim-inspektor Albaniyada həmvətənini tanımadı!
  • Dünən, 21:37
    "Neftçi" Farajı Tunis klubuna satdı - RƏSMİ
  • Dünən, 21:02
    Millimiz Bosniya və Herseqovinaya qalib gəldi
  • Dünən, 20:55
    Əliyar Ağayev Mahirin komandasının oyununu idarə edəcək
  • Dünən, 20:27
    MY-yə yenə gərək olmadı
  • Dünən, 19:56
    Barselonadan Parisə üz tutacaq
  • Dünən, 19:25
    ''Fulhem'' təyyarəyə gecikməmək üçün meydandan çəkildi, ''Malaqa'' boş qapıya penalti vurdu!
  • Dünən, 18:54
    U-17 və Gənclər Liqasında püşk atıldı
  • Dünən, 18:33
    "Turan Tovuz" - "Qəbələ": START HEYƏTLƏRİ
  • Dünən, 18:12
    “Sabahın Ulduzları” layihəsindən bir çox istedad üzə çıxıb" - Ayxan Abbasov
  • Dünən, 17:51
    “Qarabağ” üçün yaxşı əlamət: Prins Ovusu vurursa, siz niyə vurmayasız?!
  • Dünən, 17:20
    “Nyukasl” daha bir oyunçusunu itirdi
  • Dünən, 16:59
    Doğma klubuna sadiq qaldı
  • Dünən, 16:30
    MY yeniyetmə futbolçu aldı
  • Dünən, 16:26
    "Araz-Naxçıvan" daha iki futbolçu transfer etdi
  • Dünən, 15:55
    “Slavik özü gəldi, xahiş elədi ki, komandadan getmək istəyirəm” - elitanı 1-ci liqaya dəyişdi
  • Dünən, 15:34
    "Sabah" təsnifat mərhələlərində ən çox qələbə qazanan komandadı!
  • Dünən, 15:06
    "Bir ailə kimi əlimizdən gələn hər şeyi etdik" - Murad Məmmədov
  • Dünən, 15:03
    "Səbail" Şimali Kipr klubu ilə qarşılaşacaq
Daha çox
Oxunub: 337
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 284
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 203
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 135
“Turan Tovuz” eyforiyadadı?
Oxunub: 105
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 105
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə