• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

PSJ-də Mbappe problemi

Dünya futbolu

21-08-2022, 18:0

Yeni baş məşqçi, yenilənmiş heyət, gözəl nəticələr...

Xoşbəxtlik üçün başqa nə lazımdı ki?! Ancaq PSJ-də səs-küy var və bunun səbəbi Kilian Mbappenin sərhəd tanımayan eqosudu. O, yeni müqaviləyə imza atandan sonra hər yerdə Paris layihəsinin əsas fiquru kimi qəbul olunur. Doğrudanmı, “Real”a keçiddən imtina edəndən sonra zədəsini müalicə etdirməklə məşğul olan Kilian, sadəcə, oyundaşlarına qısqanc münasibət bəsləyir? Ancaq bu hədsiz sadə izahdı. Ona görə ki, hələ ötən mövsüm Mbappe ilə Neymarın “arasından qara pişik keçib”. Yazın sonunda isə Fransa mediasında belə xəbərlər dolaşırdı ki, fransalı ulduz klubun Neymarı satmasına etiraz etməyəcək. Bəlkə də bir qədər kobud görünür, ancaq yeni müqavilənin imzalanması prosesində dəfələrlə xatırladılırdı ki, bundan sonra baş məşqçinin təyinatı zamanı və transferlərdə Mbappenin fikri nəzərə alınacaq.

Penalti məsələsi

Futbolçu özü belə xəbərləri inkar etsə də, belə görünür ki, hətta komandada da onun sözlərinə inanmırlar. Və artıq “Get French Football News” Mbappenin rəhbərlikdən Neymarın satılmasını xahiş etdiyi haqda xəbər yayırsa, heç kim bunu fantastika kimi qarşılamır. Ədalət naminə deyək ki, yeni mövsümün ilk üç rəsmi oyununda 5 qol və 3 məhsuldar ötürmə ilə yadda qalan Neymar da odun üstünə yağ tökür. Belə nüfuzlu birinin qalmaqallı paylaşıma “bəyənmə” işarəsi qoyması artıq bomba effektinə bənzəyir. İndiki halda söhbət PSJ-nin penalti ustalarına həsr olunan iki paylaşımdan gedir. “İndi rəsmi: Mbappe PSJ-nin ştatlı penaltivuranıdı” adlı paylaşım daha sərt alınmışdı. Aydın məsələdi ki, bu bənd yeni müqaviləyə salınıb, çünki Neymar dünyanın heç bir başqa klubunda 2-ci penaltivuran roluna razılaşmazdı. Hər şeyin müqavilə ilə tənzimləndiyini göstərən hadisə son turun oyununda yaşandı. PSJ-nin “Monpelye”yə 5:2 hesabıyla qalib gəldiyi oyunun 23-cü dəqiqəsində təyin olunan penaltini Mbappe boşa verdi, 43-cü dəqiqədə isə Neymar “nöqtə”yə yaxınlaşdı və zərbəni dəqiq yerinə yetirdi. Maraqlıdı ki, Kilian 2-ci zərbəni də vurmaq istədi, ancaq braziliyalı onun xahişini geri çevirdi. Daha bir sürətli hücumda Vitinya fərqli variant seçəndə Kilian nümayişkaranə şəkildə oyundan qopdu və hücuma dəstək vermədi. Bax, bu epizod əsl biabırçılıq və tər-təmiz qeyri-idmani davranışdı. Hərçənd komandada vəziyyəti sakitləşdirməyə çalışdılar. Baş məşqçi Kristof Qaltye bildirdi ki, Mbappe hələ ki lazımi formanı yığmayıb, hər şey normallaşandan sonra onun oyuna təsiri daha da artacaq. Yarımmüdafiəçi Marko Verratti isə belə dedi:

“Onun qəzəblənməsi yaxşıdı. Deməli, komanda üçün ürəyi yanır”.


Status
Həqiqətən Verrattinin dediyi kimidisə, nə gözəl! Ancaq bəzi nüfuzlu qaynaqların versiyasına inansaq, Mbappeyə statusu ilə barışmaq çətin gəlir. Yəni rəhbərliyin zəmanətinə baxmayaraq, fransalı ulduzun statusu əvvəlki kimi qalır. Kilian meqaulduz və komandanın siması olsa da, yenə də özündən böyük adamların olduğu paltardəyişmə otağının lideri deyil. Söhbət ilk növbədə Lionel Messi ilə Neymardan gedir. “Le Parisien” iddia edir ki, ulduzlar arasında münaqişəni yoluna qoymağa Serxio Ramos da girişib. O dünya futbolundakı xarizmasına görə tək-tük futbolçu ilə müqayisə oluna bilər. Sual doğuran məqam odu ki, indiki münaqişə nə qədər dərinə işləyəcək? Bir halda ki vaxtilə Parisdə penalti vurmaq hüququnu Neymar ilə Edinson Kavani öz aralarında bölə bilmirdilər və onda antiqəhrəman rolunu indi zərərçəkən olan Neymar oynamışdı. Tabloda hesab 7:0-dı, sən artıq het-trik etmisən, oyundaşına isə cəmi bir qol lazımdı ki, PSJ tarixinin bombardirləri siyahısında Zlatan İbrahimoviçi arxada qoysun. Neymar onda topu tribunaların soyadını səsləndirdiyi Kavaniyə verə bilərdi yox, buna, sadəcə, borclu idi. Bu çox gözəl tarixçə olardı, ancaq Neymar prinsipə getdi və parlaq oyuna görə alqışlar eşitmək əvəzinə fanatların lənəti ilə üzləşdi. Sonradan braziliyalı buna çox təəccübləndi və adamların gözünün içinə baxaraq dedi ki, penalti vuranları Unay Emeri müəyyənləşdirir, bu üzdən hər şeyi düz edib. Yeri gəlmişkən, onda Emeri özünü münaqişədən kənarda qoydusa, bu dəfə Qaltye daha diplomatcasına davrandı. Dedi ki, bu oyunda penalti vuranların ardıcıllığı belə müəyyənləşmişdi, amma sonrasına baxarıq.

Klubun reaksiyası
Klub bu məsələyə ümumilikdə operativ reaksiya verdi. Luiş Kampuş həm Neymar, həm də Mbappe ilə görüşdü və tərəflər münaqişənin aradan qalxdığını bildirdi. Bəlkə də idman direktorunun hələ “Monako”nun gənclər komandasından tanıdığı fransalı ulduzla özəl söhbəti də olub. Bizə isə yalnız hadisələrin inkişafını izləmək qalır. Xatırlayırsızsa, üç il əvvəl oyunların birində Neymar penalti hüququnu Kavaniyə buraxdı, ancaq onu da dedi ki, bu jest hamının özünü xoşbəxt hiss etməli olduğu komandanın maraqları üçündü, barışmaq cəhdi deyil. Bəs Mbappe ilə necə olacaq? Yaxın vaxtlarda, bəlkə də elə ilk penaltidə mübahisənin necə tənzimləndiyini biləcəyik. Ancaq bir məqam aydındı ki, parislilərin Çempionlar Liqası ilə bağlı çoxdankı arzusunun gerçəkləşməsi üçün ulduzlar eqolarından bir qədər çəkilməlidilər. Əks halda PSJ-nin prezidenti Nasser Əl-Xelayfinin Paris layihəsini yeniləməklə bağlı növbəti cəhdi də daşa dəyəcək.

Paylaş:
Digər xəbərlər

Aktual

10-05-2022, 00:0

Mbappe Madriddə nə gəzir?

Dünya futbolu

29-05-2022, 23:0

“Mbappe layihənin mərkəzindədi”

Dünya futbolu

15-08-2022, 13:0

Mbappe Neymarın satılması üçün çalışır

Dünya futbolu

23-03-2022, 23:0

Mbappe Poqbaya gileyləndi: PSJ-də bezmişəm!

Dünya futbolu

18-08-2022, 22:0

Ramos Mbappe ilə Neymarı barışdırdı

Aktual
“Səbail” Türkiyəyə gedir, amma burda yeri yoxdu
ÇSKA-nın “Qarabağ”la “sülh”ü buzları əritdi – komanda ölkəsində tərif eşitdi
Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
“Araz-Naxçıvan”ın stadion axtarışıyla bağlı son durum – Bakı, yoxsa bölgələrdən biri?
Elvin start heyətinə qayıtsın! – bu qədər umu-küsü bəs deyil?
“Emrelidə hələ də o keyfiyyət var” – Mahir qol vurdu, azarkeşlərin sevimlisinə çevrildi
Son xəbərlər
  • Bu gün, 00:47
    "Neftçi" PAOK-a uduzdu, mübarizəni dayandırdı
  • Bu gün, 00:20
    İtaliya klubunda yeni müqavilə
  • Dünən, 23:50
    İngiltərə klubunda yeni oyunçu
  • Dünən, 22:54
    “Məncə, problem təkcə nəticələrdə deyil” - azarkeşlər avrokubok oyunlarına niyə maraq göstərmir?
  • Dünən, 22:13
    London klubunda yeni oyunçu
  • Dünən, 21:44
    Birmingemdən Londona yollandı
  • Dünən, 21:12
    Qattuzonun yerini o tutacaq
  • Dünən, 20:41
    Milli komandanı tərk edəcək
  • Dünən, 20:00
    “Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
  • Dünən, 19:41
    Millimiz ilk qrup qələbəsini qazandı - AÇ
  • Dünən, 19:01
    “Səbail” Türkiyəyə gedir, amma burda yeri yoxdu
  • Dünən, 18:40
    ÇSKA-nın “Qarabağ”la “sülh”ü buzları əritdi – komanda ölkəsində tərif eşitdi
  • Dünən, 18:19
    Nunyeslə Salahın yolu bu dəfə İstanbulda kəsişə bilər
  • Dünən, 17:58
    Milandan Turinə yollana bilər
  • Dünən, 16:31
    "Neftçi" Yunanıstan klubuna qarşı - ÇL
  • Dünən, 16:01
    Romadan Milana üz tuta bilər
  • Dünən, 15:30
    Salahın bir ayağı artıq ''Beşiktaş''dadı!
  • Dünən, 14:51
    ÇSKA “Qarabağ”la oyun üçün biletləri satışa çıxardı – bizim azarkeşlər üçün sərbəst satış olmayacaq!
  • Dünən, 14:20
    ''Qalatasaray'' A seriyasının debütantına uduzdu
  • Dünən, 13:59
    Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
  • Dünən, 13:28
    Urfan Abbasov "Kəpəz"də
  • Dünən, 12:57
    Bakıdakı oyun avrokuboklarda TOP-5-də
  • Dünən, 12:30
    "Qəbələ" "Şəfa" ilə üz-üzə gəlir
  • Dünən, 11:59
    "Qarabağ"ı Sofiyada dəstəkləmək istəyənlər üçün biletlər satışda
  • Dünən, 11:28
    Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
  • Dünən, 11:21
    Bakıda Avropa Cüdo Ümidləri turnirinə start verildi
  • Dünən, 10:58
    “Araz-Naxçıvan”ın stadion axtarışıyla bağlı son durum – Bakı, yoxsa bölgələrdən biri?
  • Dünən, 10:31
    “1–2 il ərzində idmançılarımızdan daha böyük uğurlar gözləmək mümkündü“ - Natiq Bağırov
  • Dünən, 10:25
    “Belə tədbirlərin keçirilməsi çox vacibdi“ - Rüstəm Orucov
  • Dünən, 10:00
    Mançesterdən Madridə yollandı
  • 24-07-2026, 23:0
    Salahın başıbəlalı transferi ''Beşiktaş''da qalmaqala və istefaya səbəb oldu!
  • 24-07-2026, 23:0
    Elvin start heyətinə qayıtsın! – bu qədər umu-küsü bəs deyil?
  • 24-07-2026, 23:0
    "Çempionatın startına qədər çatışmazlıqları yoluna qoymağa çalışacağıq" - Cavid Hüseynov
  • 24-07-2026, 22:0
    "Araz-Naxçıvan" "İmişli" ilə heç-heçə etdi
  • 24-07-2026, 22:0
    İngiltərədə klubunu dəyişdi
Daha çox
Oxunub: 207
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 165
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 141
Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
Oxunub: 122
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 97
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Oxunub: 89
Xalqın yanına getmək niyə çətindi?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə