• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Heydər Əliyev cərgənin önündən keçir, hər kəsin əlini sıxırdı, mənə isə bir kəlmə də demədi”

İdman / Maraqlı / Manşet

17-07-2023, 20:0

Nikolay Rusak SSRİ-nin sonuncu idman naziridi. 1989-cu ilin avqustundan 1991-ci ilin aprelinə qədər bu vəzifəni tutub.

“Football-plus.az” xəbər verir ki, martda 89 yaşını tamamlayan Rusak Azərbaycana da yad adam deyil. 1993-98 aralığında Rusiyanın ölkəmizdəki səfirliyində məsləhətçi kimi çalışıb. “Sport-Ekspress”ə geniş müsahibə verən sabiq nazir bəzi maraqlı məqamlara toxunub.

“Dərhal oranı tərk etdim – gözümdən yaş axırdı”
– Sabiq nazir nə qədər təqaüd alır?
- 44 min! (bizim pulla 831 manat – red.)
- Dolanmaq olar.
- Ailənin olduğunu nəzərə alsaq... Üç nəticəm var, nəvəm isə işləmir. Bax, bu gün nahara qədər kommunal xidmətləri ödəmişəm.
- Vətəninizdə bürünc büstünüz qoyulubmu? (Minsk vilayətində dünyaya gəlib – red.)
- Bürünc büstü iki dəfə Sosialist Əməyi Qəhrəmanı olanlara qoyurdular – mən isə bir dəfə də olmamışam! Heç Lenin ordenim də yoxdu!
- Bioqrafiyanızı nəzərə alsaq, bu necə olur?
- Əvəzində iki Şərəf nişanı ordenim və Xalqlar Dostluğu ordenim var Hamısı sovet hakimiyyəti dövründə alınıb. Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsində çalışsam da, bu ordenləri bir dəfə də taxmamışam.
- Niyə?
- ÇSKA-nın 100 illiyini qeyd edəcəklər – onda taxaram. Dəvət etsələr, qatılmağa hazıram.
- İttifaq dağılmasaydı, 10 il də yaşasaydı, bəlkə qəhrəman ulduzu da alacaqdız.
– Kim bilir... Ancaq idmançı hazırlığının möhkəm bazası qoyulmuşdu. Bizə bərabər olan yox idi, heç kimə uduzmurduq. Sizə bir tarixçə danışım. 1992-ci ildi, Olimpiya Oyunları gedir. Müttəfiq respublikaların bayraqları ilə paraddan keçdik. Bizim idmançılar qələbə qazananda olimpiya himni çalınır və olimpiya bayrağı qaldırılırdı. Dərhal oranı tərk etdim – gözümdən yaş axırdı. Bu biabırçılığa dözə bilmədim.
- Koloskov SSRİ futboluna rəhbərlik edirdi, ardından Rusiya futbolunun da rəhbəri oldu. Siz də Rusiyanın idman naziri kimi qala bilərdiz?
- Mənim belə planım yox idi.
- Bəs arzunuz?
- Qorxdum – onlar məni məhv edərdilər. Hər kəs mövqeyimi bilirdi. Bu üzdən qalmağa çalışmadım.
- Sizi fiziki cəhətdən yox edə bilərdilər?
- Bəli, bu çox asan idi.
- Koloskovun yerinə başqa rəhbərləri itələyən Kobzonun əlindən necə qurtardız?
- Orda məsələ təkcə Koloskovla bağlı deyildi... Açığını desəm, bu mövzunu qaldırmaq istəmirəm. Onların mənim yanıma necə gəldiklərini xatırlayıran.
- Kimlərin?
- Kobzonla Ponedelnikin. Deyəsən, Kavazaşvili də yanlarında idi. Koloskovun əleyhinə danışmağa başladılar – “biabırçılıq”, “pis idarəçilk”, “federasiyanın rəhbərliyini dəyişmək lazımdı”. Açıqca təzyiq edirdilər.
- Bəs sonra?
- Mən dərhal anladım ki, onları yalnız pul maraqlandırır. Və həm də postlar. Rəhbərlik etmək istəyirdilər. Odu ki, bu təklifləri çox soyuq qarşıladım. Heç bir addım atmağa hazırlaşmırdım. Onları futbol maraqlandırmırdı!

- Nikolay İvanoviç, çox maraqlı nazirsiz.
- Sizə daha artığını deyəcəm. Nazir postundan uzaqlaşandan xeyli sonra məni gürcü-abxaz münaqişəsi zonasına göndərdilər. Sonra Moskavaya qayıtdım. Yolum poliklinikaya düşdü. Baxıb görürəm ki, orda tibbi kitabçam yoxdu. Mənə deyirlər ki, sizi siyahıdan çıxarıblar, Xarici İşlər Nazirliyinin işçisi kimi. Sanki mən özüm Abxaziyadakı müharibəyə getməyi xahiş etmişdim.
- Xahiş etməmişdiz?
- Yox, bunu məndən nazir İqor İvanov istədi: “Nikolay İvanoviç, get, bizə yardım et”. Elə bu şəkildə buna qədər məndən Azərbaycana getməyi də xahiş etmişdilər. Bilirsiz, niyə?

“Elə o vaxtdan Heydər Əliyevlə gözəl münasibətlərimiz yarandı”
- Niyə?
- Ona görə ki, səfirin özünün və səfirlikdə çalışanların Azərbaycan prezidenti Heydər Əliyevlə əsl ünsiyyəti yox idi. Amma onunla mənim münasibətlərim əla idi.
- Hardan?
- Mən Mərkəzi Komitədə də işləmişdim, bədən tərbiyəsi və idman sektorunda. Necəsə yolum Azərbaycana düşmüşdü. Söhbət idman sahəsində kadrların yerləşdirilməsindən gedirdi. Birdən təbliğat şöbəsinin müdiri otağa daxil olub dedi ki, Heydər Əliyeviç sizi görmək istəyir. Cavab verdim ki, yenicə yoxlamaya başlamışam, əlimdə heç bir material yoxdu. “Çox xahiş edir”. Getdim Əliyevin qəbuluna.
- Çox maraqlıdı.
- Elə qapının kandarındaca mənə belə dedi: “Qulaq asın, respublikanın idman naziri generaldı, Sovet İttifaqı Qəhrəmanıdı. Nə vaxtsa Daxili İşlər Nazirliyinə rəhbərlik edib. Ancaq yaşı keçib, ordan uzaqlaşdırıblar. Nazirlər Sovetindən onu idman sahəsinə göndəriblər ki, qayda-qanun yaratsın. İdmanda isə onu qəbul etmirlər! Hamı söyür, belə hörmətli adamı məsxərəyə qoyurlar. İdmana keçməyi ondan özüm xahiş etmişdim, indi isə dilim gəlmir deyim ki, səni çıxarıram. İndi siz onunla rayonlara gedəcəksiz. Bəlkə səliqəli şəkildə deyəsiz ki, özü getsin”.
- Tapşırığa bax!
- Bir həftə generalla rayonları gəzdik. Hətta Mingəçevirdəki avarçəkmə bazasına da getdik. Geriyə - Bakıya qayıdırıq, öz-özümə düşünürəm ki, Əliyevin təklifini buna necə çatdırım? Qəfil mənə tərəf dönüb deyir: “Nikolay İvanoviç, mən sabah işə çıxmayacam. Köhnə yerimə - Nazirlər Sovetinə qayıdıram. Yenidən şöbə müdiri olacam. Rədd olsun bu idman...”
- Nə yaxşı, bəs siz nə dediz?
- Susdum. Birdən fikrini dəyişər... Bazar ertəsi onun qəbul otağına boylandım. “Bəs nazir hardadı?” “Yoxdu, deyirlər ki, köhnə yerinə qayıdıb”. Elə o vaxtdan Əliyevlə gözəl münasibətlərimiz yarandı!
- Maraqlı tarixçədi.
- Əliyev bir müddət Nazirlər Sovetində Rıjkovun 1-ci müavini oldu. Mənim sahəmi himayə edirdi. Müxtəlif qərarlar hazırlayırdıq. Necəsə xəstələndi, məni elə birbaşa xəstəxana palatasına dəvət etdi: “Gəl oturaq, sənədlər üzərində işləyək”. Təəccüb doğuran dərəcədə məsuliyyətli adam idi!
- Həqiqətən heyran qalıram.
- Sonra Azərbaycana işləməyə yollandım. Yeni səfir mənə deyir: “Mənlə gedək. Heydər Əliyeviç Yeni il ərəfəsində bütün səfirləri qəbul edir”. Getdik. Səfirlə yanaşı dayanmışam. Əliyev cərgənin önündən keçir, hər kəsin əlini sıxırdı, mənə isə bir kəlmə də demədi.
- Bəlkə nəsə baş vermişdi?
- Yarım saat keçdi. Mühafizəçi mənə yaxınlaşıb, qulağıma dedi ki, Heydər Əliyeviç yaxınlaşmağınızı xahiş edir. Gedirəm. Qaşlarını çatdı: “Niyə məruzə etmirsən ki, Bakıya gəlmisən?” “İş o qədər çoxdu ki, dərhal başlamışam, çatdıra bilmirəm”. “Yadında saxla, hər addımından xəbərim olacaq!”
- Sizi sevirdi?
- Arada böyük hörmət var idi. Ümumiyyətlə, heç bir başqa partiya liderini xatırlamıram ki, tribunaya çıxsın, heç bir kağıza baxmadan saatyarım danışsın. Özü də heç nəyi təkrarlamadan.

“Olimpiadaya az qalmış Lobanovski təzyiq etməyə başladı”
- Məşqçiləri qorumaq lazım gəlirdimi?
- Bışovetsi necəsə qorudum. Onu olimpiya yığmasına elə mən götürdüm!
- Yığmanı Seula başqa məşqçi apara bilərdi?
- Olimpiadaya az qalmış Lobanovski təzyiq etməyə başladı. O yenicə Avropa çempionatında ikinci olmuşdu: “Məni dinləyin, Nikolay İvanoviç, yığmanı olimpiya çempionu etməyi boynuma götürürəm”. Dinləyəndən sonra belə cavab verdim: “Bilirsən, nə var? Sənə olan bütün hörmətimə rəğmən, Bışovetsi sındırmayacağıq! Yığmanı Olimpiadaya o daşıyıb, Seula da o aparacaq”.
- Siz Koreyaya getmişdiz?
- Yox. Bizimkilər finalda oynayanda İdman Komitəsindəydim. Televizorun önündə dizim üstə oturmuşdum. Çempion olmaq üçün yalvarırdım. Bışovets qaldı və mən yanılmadım.
- Yəqin sizə Bışovetsin çətin adam olduğunu demişdilər.
- Mənə belə görünmədi. Biz dostluq edirdik. Heç bir sual yox idi, həqiqətən komanda qurmuşdu.
- Siz belə möhkəm adam olmasaydız, Lobanovski hədəfinə çatacaqdı?
- Düşünürəm ki. yox. Bacarmazdı. Ancaq mən ona birbaşa dedim ki, “Valeri, sən üzərinə düşəni etmisən, sağ ol, qoy gənc məşqçilər çalışsın, komanda qursun”.
- Bışovetslə Lobanovskinin bir-birinə nifrət etdiyini bilirdiz?
- Yox. Mən belə təfərrüata baş qoşmurdum. İkisi də Kiyevdəndi!
- Əvəzində 1986-cı ildəki dünya çempionatı ərəfəsində Malofeyevi qorumadız, ancaq qoruya bilərdiz.
- Bu ağır söhbətdi...
- Hər şey ondan başladı ki, SSRİ yığması mundial ərəfəsində Tbilisidə toplanış keçirdi. Siz özünüz şəxsən ora yollandız və qorxunc mənzərə gördüz.
- Qramovun (1983-89-cu illər aralığında SSRİ dövlət Bədən Tərbiyəsi və İdman Komitəsinin sədri olan Marat Qramovu nəzərdə tutur – red.) tapşırığı var idi: “Nikolay İvanoviç, toplanışa get, bax gör onlar orda nə ilə məşğuldular”. Bilirsiz, niyə?
- Niyə?
- Ona görə ki, Ukraynadan təzyiq var idi! Lobanovskidən!
- Yəni ki Malofeyev çıxarılsın və Lobanovski yığmanı dünya çempionatına aparsın?
- Həmin yığmada Kiyev “Dinamo”sundan 20 oyunçu var idi. Təbii ki, onlar Lobanovskinin baş məşqçi olmasına tərəfdar idi. Ancaq bu hələ bütün komanda deyildi. İndi sizə əvvəllər heç vaxt demədiyim sözü deyəcəm. Elə orda – Tbilisidə uşaqları topladım, məşqçilərsiz. Soruşdum ki, “açıq danışın, fikrinizi bilmək istəyirəm, kim baş məşqçi olmalıdı?”
- Nəticə?
- Hər kəs Lobanovskiyə səs verdi! Bütün SSRİ yığması!
- Minskdən heç kim Malofeyevə səs vermədi? Həmin toplanışda Borovski, Kondratyev, Aleynikov, Qotsmanov var idi...
- Heç kim!
- Deyəsən, Malofeyev təminat vermişdi ki, onun rəhbərlik etdiyi yığma Meksikadan medalla qayıdacaq.
- O mənə belə bir söz deməmişdi.
- Desəydi, təsiri olacaqdı?
- Siz nə danışırsız? Təbii ki, yox! Düşünürəm ki, artıq Moskvada çox şey razılaşdırılmış və qərar verilmişdi. Futbolçular baş məşqçinin əleyhinə çıxış edirsə, bu artıq böyük əlamətdi.
- Siz Tbilisidən Moskvaya “hər şey yaxşıdı, mən razıyam” mesajı versəydiz, onda yığmanı dünya çempionatına Malofeyev aparacaqdı?
- Futbolçular Lobanovskinin əleyhinə çıxış etsəydi, bəli.
- Lobanovskiyə artıq onun yığmanın baş məşqçisi olduğunu kim dedi?
- Bax, bunu mən etdim. Kiyevə zəng etdim.
- Valeri Vasilyeviçin hadisələrin belə axarına hazır olduğunu hiss olunurdu? İş aparılmışdı?
- Sizə necə deyim... Lobanovski sadə fiqur deyildi! Məsələn, bədən tərbiyəsi təhsili yox idi. O praktik idi, öz üzərində çox çalışırdı. Ona əvvəlcə Bazileviç yardım etdi. Əla metodist idi, bütün oyun idman növlərində hazırlıq metodikasını bilirdi, daim Lobanovskinin yanındaydı.
- Sizin dövrün jurnalistlərindən biri mənə deyib ki, Bazileviç məşqçi kimi Lobanovskidən güclü idi.
- Belədi. Bazileviç biliyinə görə güclü idi, ancaq lider deyildi. Lobanovski isə lider idi. Bu hər şeyi həll edir.
- Kiyevdə məşqlər parlaq keçirdi?
- Orda elə məşqlər keçirdilər ki, bəzən mən də meydanın kənarında oturub baxırdım, qeydlər aparırdım.
- Sizi təəccübləndirən nə idi?
- Hədsiz böyük həcmdə yükləmə.
- Sizin sevdiyiniz kimi.
- Səhər, günorta, axşam məşqlər. Oyunun necə nəticələnməsindən asılı olmayaraq, Lobanovski heç kimi evə buraxmırdı. Hər kəs hamama yollanır, əzələ gərginliyini aradan qaldırırdı.
- Lobanovskinin yükləməsi nəticəsində Pavel Yakovenkonun əzələsi elə məşqin gedişində cırılıb. Yükləmənin hədsiz çox olduğunu görmürdüz?
- Yox. Xizəkçilərin, həndbolçuların necə çalışdığını görərdiz. Dəfələrlə artıq yüklənirdilər.
- Lobanovskinin həkim Zelentsovun yardımı ilə kimyəvi preparatlardan yararlandığına dair şayiələr sizə də çatırdı?
- Bəli, amma bunlar boş söhbətlərdi. Dopinqi deyirsizsə, belə şey olmayıb. Lovanovski çox yaxşı adam idi. Təmiz, vicdanlı. Assistentləri bütün idman elmini izləyirdilər. Deyirlər ki, sürət 7-12 yaş arasında inkişaf edir. Ancaq Lobanovski deyirdi ki, bəlkə sonradan da inkişaf etdirmək mümkündü? Futbolçuların sürət bacarıqlarını inişaf etdirmək üçün ikiqat olimpiya çempionu Borzovu işə cəlb etmişdi.
- Alınmadı.
- Hər halda, yoxladı.
- Şəxsən sizin üçün Lobanovskinin əsas çatışmazlığı nə idi?
- Fiziki tərbiyə sahəsində bilikləri daha çox olmalıydı. Çatışmazlıq çox hiss olunurdu.
- Onunla heç olmasa, bir dəfə içmisiz?
- Bəli! 1988-ci ilin Avropa çempionatında. İlk oyunları yaxşı keçdik. Lobanovski məni stadionda görüb birdən dedi ki, Nikolay İvanoviç, bəlkə adama bir qədəh qaldıraq? Paltardəyişmə otağına daxil olduq. Lobanovski kimsənin olub-olmadığını yoxladı. Konyak çıxardı, onu “öldürdük”. Yaxşı kişi idi.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

7-06-2022, 19:0

Sabiq SSRİ yığmasının rəmzi komandası tərtib olundu

Ölkə futbolu / Manşet

17-05-2022, 21:0

Mahmud Qurbanov da “Zirə” dedi, Rəşad Sadiqov da

Aktual
Hamı bir nəfər kimi Tirolda! – “Sabah” başladı
AFFA-nın hakimlər üçün yeni planı nədi? - növbəti mövsüm səhv qərar görmək istəmirik!
“Rövşən belə söz deyibsə, səhv edib” – Mahmud Sadıqovdan qapıçının ittihamına sərt cavab
“Neftçi”yə gəl, qaqa, sənin sayəndə Konfrans Liqasında finala qədər getmək olar” – Elvin yenə diqqət mərkəzində
“Qarabağ”ın üçüncü transferi kimdi? – yarımmüdafiəçi Portuqaliyadan Bakıya gəldi!
“Neftçi” ilə “Zirə”nin “qış yuxusu” – avrokuboklardakı təmsilçilərimiz nə ilə məşğuldu?
Son xəbərlər
  • Bu gün, 19:41
    “Milan”ı yeni mövsümdə o çalışdıracaq
  • Bu gün, 19:10
    Klubu ilə yenidən anlaşdı
  • Bu gün, 18:39
    "Şəfa"da növbəti müqavilə
  • Bu gün, 18:08
    “Bu, “Qarabağ” üçün çox böyük təhlükədi” – Medinanın gedişi müdafiə xəttində xaos yaradacaq?
  • Bu gün, 17:37
    Okan Buruk: ''Mourinyonun ''Real''ı ilə qarşılaşmaq əla olardı''
  • Bu gün, 17:06
    Fransaya qayıtmayacaq
  • Bu gün, 16:45
    "Zirə"nin də potensial rəqibi müəyyənləşdi
  • Bu gün, 16:43
    "Sabah" və "Qarabağ" ilk mərhələdə uduzsa... - rəqiblər bəlli oldu
  • Bu gün, 16:24
    "Neftçi"nin Konfrans Liqasındakı rəqibi bilindi
  • Bu gün, 16:01
    Portuqaliyanı tərk etməyi düşünür
  • Bu gün, 15:40
    “Neftçi” İspaniya yığması ilə qarşılaşacaq - 1/4 final
  • Bu gün, 15:37
    "Qarabağ" Medina ilə vidalaşdı
  • Bu gün, 15:23
    "Qarabağ"ın 2-ci mərhələdə mümkün rəqibi bilindi
  • Bu gün, 14:57
    Messi DÇ-yə tarixi het-triklə başladı və Klozeni yaxaladı!
  • Bu gün, 14:17
    "Sabah"ın potensial rəqibi bəlli oldu
  • Bu gün, 13:56
    Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
  • Bu gün, 13:45
    Monqolustandakı “Böyük Dəbilqə”də çıxış edəcək heyət - SİYAHI
  • Bu gün, 13:08
    Hamı bir nəfər kimi Tirolda! – “Sabah” başladı
  • Bu gün, 12:51
    AFFA-nın hakimlər üçün yeni planı nədi? - növbəti mövsüm səhv qərar görmək istəmirik!
  • Bu gün, 12:20
    Parisi tərk edəcək
  • Bu gün, 11:59
    “Neftçi” və “Zirə”nin mümkün rəqibləri dəqiqləşdi
  • Bu gün, 11:39
    Cəlal Hüseynov Rumıniya klubunda
  • Bu gün, 11:19
    “Qarabağ”ın mümkün rəqibləri müəyyənləşdi - siyahıda "Beşiktaş" da var
  • Bu gün, 11:14
    "Araz-Naxçıvan" Ülvi ilə razılaşdı
  • Bu gün, 11:00
    “Sabah”ın qarşılaşa biləcəyi komandaların sayı azaldı
  • Bu gün, 10:50
    CAS “Turan Tovuz”un şikayətini niyə təmin etmədi? – klubun əleyhinə işləyən səbəb üzə çıxdı!
  • Bu gün, 10:21
    Norveç, Argentina və Avstriya qələbə qazandı - DÇ səhəri
  • Bu gün, 10:08
    “Rövşən belə söz deyibsə, səhv edib” – Mahmud Sadıqovdan qapıçının ittihamına sərt cavab
  • Bu gün, 09:45
    Azərbaycan ilk dəfə STEM Racing proqramına qoşuldu
  • Bu gün, 08:51
    “Avrokuboklarda iştirak etmək bizim üçün gözlənilməz oldu” - Rəşad Sadıqov
  • Bu gün, 08:11
    Avropa çempionlarının DÇ ilə bağlı uğursuz ənənəsi davam edir - Kabo Verdenin qapıçısı fenomenə çevrildi!
  • Bu gün, 01:02
    Fransa inamlı qələbə qazandı - DÇ gecəsi
  • Dünən, 23:59
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 23:51
    "Neftçi"nin yay hazırlıq planı - bir rəqib bəllidi
  • Dünən, 23:20
    Londondan Madridə yollanacaq
Daha çox
Oxunub: 280
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Oxunub: 268
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
Oxunub: 267
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 235
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 232
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
Oxunub: 227
“Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə