“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Konfrans Liqasının 1-ci təsnifat mərhələsinin püşkü ilə bağlı fikirlərini bildirib.
"Football-plus.az" xəbər verir ki, “Zirə” ilk mərhələdə “Torpedo” (Gürcüstan) ilə üz-üzə gələcək.
“Əslində bütün çalışmalarımız premyer-liqada növbəti mövsümə hazırlıq üzərində qurulmuşdu. Bir neçə gün öncə avrokuboklarda iştirak etməli olduğumuzu bildik və bizim üçün gözlənilməz oldu. Bu mərhələdə isə rəqibimiz “Torpedo”du. Rəqib çox təcrübəli komandadı. Mütəmadi avrokuboklarda iştirak edir. Heyətləri keyfiyyətli yerli və legioner futbolçulardan ibarətdi. Komandanı təcrübəli alman mütəxəssis çalışdırır. Hazırda Gürcüstan çempionatı davam edir və bunu rəqib üçün üstünlük saymaq olar. Rəqibə hörmətlə yanaşırıq. Oyuna ciddi hazırlaşıb, inşallah sonda mərhələ keçən tərəf olmaq istəyirik”.