Sabiq SSRİ yığmasının rəmzi komandası tərtib olundu

7.06.2022 19:30 2 396
Dünya futbolu
Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyası (BFTSF) növbəti məlumatı açıqlayıb.

Federasiya bir sıra ölkələrdən sonra sabiq SSRİ yığmasının rəmzi komandasını da tərtib edib. Rəsmən 1991-ci ilin dekabrında tarixə qovuşan dövlətin ən yaxşı futbolçularından ibarət olan və 4-2-4 sxemi üzrə qurulan komandanın heyəti aşağıdakı kimidi:
Qapıçı: Lev Yaşin.

Müdafiəçilər: Anatoli Demyanenko, Murtaz Xurtsilava, Albert Şesternyov, Vladimir Bessonov.

Yarımmüdafiəçilər: İqor Netto, Valeri Voronin.

Hücumçular: Qriqori Fedotov, Oleq Bloxin, Eduard Streltsov, İqor Çislenko.