Londondan Madridə yollanacaq

25.06.2026 18:40 10
Dünya futbolu
Gözlənildiyi kimi, Mark Kukurelya bu yay klubunu dəyişəcək.

"Football-plus.az" xəbər verir ki, “Real” rəhbərliyi “Çelsi”nin müdafiəçisinin transferini elan edib. İspaniya klubunun rəsmi saytının məlumatına görə, tərəflər arasında 6 illik müqavilə imzalanacaq.

Bir müddət əvvəl mətbuatda “Real”ın İspaniya yığmsının üzvü üçün 55 milyon avro ödəyəcəyi bildirilmişdi. “Çelsi” Markın Madrid klubundakı uğurlarına görə daha 5 milyon avro bonus ala bilər.

Kukurella ötən mövsüm bütün yarışlarda 50 oyun keçirib, 1 qol vurub və 4 məhsuldar ötürmə edib.