• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“İkardi ilə danışıqlarda bəlli səviyyəyə qədər irəliləmişik”

Dünya futbolu

12-07-2023, 23:0

İlk yoxlama oyununda gözlənilmədən “Hall Siti”yə uduzan Türkiyənin son çempionu “Qalatasaray” yeni mövsümə hazırlığı Avstriyada keçirdiyi toplanışla davam etdirir. Bu arada İstanbul nəhənginin başqan vəkili və transferlərə cavabdeh yönəticisi Ərdən Timur türkiyəli həmkarlarımızı başına yığaraq onlarla söhbət edib.


"Football-plus.az" xəbər verir ki, Mauro İkardi başda olmaqla komandanın gündəmində olan futbolçular barədə bir-bir danışan Timur başqa məqamlara da toxunub.

* İkardi ilə danışıqlarda müəyyən səviyyəyə qədər irəliləmişik. Ortada çox ciddi rəqəmlər dövr edir. Ərəblər həm PSJ-yə, həm də İkardinin özünə yüksək məbləğ təklif edib. Onlar parislilərə 30 milyon avro təzminat, futbolçunun özünə isə illik 32 milyon avro maaş ödəməyə hazırdılar! Yəni İkardi keçmiş illərə görə 2-3 dəfə artıq pul qazana bilər. Amma bizdə “maliyyə feyr-pleyi” ilə bağlı durum var. Elə etməliyik ki, həm hər iki tərəf razı qalsın, həm də problem yaşamayaq. Anlaşma əldə olunmasa da, dediyim kimi, bəlli səviyyəyə qədər irəliləmişik. Bizim son təklifimizə razılıq versə, bu transfer baş tutacaq.
* Son illərdə ilk dəfə hazırlığa bu qədər erkən başlamaq məcburiyyətində qalmışıq. Bəzi transferləri bu toplanışa yetişdirməyə çalışırıq. Ötən yay işimiz daha asan idi. Amma indi səviyyəli oyunçuların hamısı gözləməyə üstünlük verir. Çünki Səudiyyə Ərəbistanından təklif gözləyirlər. Amma bizim müəyyən büdcəmiz var və ona uyğun hərəkət etməliyik. Məbləğləri biz istəyən səviyyəyə gətirməliyik.
* Fanatlarımız narahat olmasın. Çox yaxşı və rəqabətədavamlı heyət quracağıq. Anxelinyo ilə danışıqlar davam edir. Öz mövqeyində (müdafiənin sol cinahı – red.) Avropanın ən yaxşılarından biridi. Bu da transferi çətinləşdirir. “Leytpsiq”lə anlaşmağa çalışırıq. Paredes maraqlandığımız oyunçulardan biridi. Amma az öncə vurğuladığım məsələ ona da aiddi. Tələsmək istəmir və başqa təklifləri gözləyir.
* Üzərimdə təzyiq hiss etmirəm. Çünki sosial şəbəkələri izləmirəm. Buna heç vaxtım da qalmır. Tanışlarımın söylədiyinə görə, orda həm dəstək mesajlarına, həm də neqativ sözlərə rast gəlmək olur. Mən artıq 9 ildi sosial şəbəkələrə girmirəm və bu qərarımdan da çox razıyam.
* Ötən mövsüm də indikinə bənzər durum yaranmışdı. Biz fanatlara xoş görünmək üçün transfer edə bilmərik. “Qalatasaray”ın pulunu çölə atmağa, ondan strategiya kimi istifadə etməyə haqqımız yoxdu. Bu, özünü qurtarmaq kimi bir şey olar. Amma söz verirəm ki, ötən mövsümdəkindən daha yaxşı performans sərgiləyən bir komanda quracağıq. Gözləmək lazımdısa, gözləyəcəyik. Bu mövsüm gəlirlərin yarısı banklara gedəcək. Bu, tarixdə bir ilkdi. Digər komandalar üçün də bu durum keçərlidi. 100 lirə gəlirin oldusa, onun 50 lirəsini banka vermək məcburiyyətindəsən. Canımızı dişimizə sıxıb sponsorların hesabına gəlirlərimizi artırdıq. Hədəfimiz qətiyyən kiçilməyəcək. Məqsədimiz Avropada yenidən titul qazanmaqdı!
* İkinci hücumçu almaq üçün öncə İkardi məsələsini həll etməliyik. Birini gətirdikdə başqasının gəlmək ehtimalı çətinləşir. Tanımadığımız bir oyunçunu razı salmaq asan olmur. Bizə ikinci hücumçu statusunda ola biləcək, bəzən isə İkardi ilə birlikdə oynayacaq bir futbolçu lazımdı. Hər şey İkardinin durumundan asılı olacaq. Onun məsələsini həll etmədən ikinci hücumçu almayacağıq.
* Heyətin böyük hissəsini qorumaq istəyirik. Amma “Qalatasaray”ın gələcəyini də düşünmək məcburiyyətindəyik. Fanatlarımız da bəzi qərarları anlayışla qarşılamalıdı. Yəni bir oyunçuya yaxşı təklif gəldikdə onu sata bilməyi bacarmalıyıq. Bu, həm də gənc istedadlar üçün yol açmaq deməkdi. Konkret desək, Boe, Nelsson, Zanyolo, Çikıldau, Morutsan, Kərəm Aktürkoğlu, Barış Alpər Yılmaz, Emin Bayram kimi oyunçularımıza görə təkliflər almışıq. Kim satılsa, alternativi hazırdı. Yerinə dərhal başqa oyunçu alınacaq.
* Bir oyunçu böyük çempionatlardan təklif aldıqda onun Türkiyəyə gəlməsi çətinləşir. Saşa Boenin durumu qeyri-müəyyəndi. Bu yay satmasaq, onunla yeni müqavilə imzalayacağıq. Yalnız pula görə “Qalatasaray”ı seçən oyunçular bizə lazım deyil. Bu cür oyunçuları transfer etməməyə qərar vermişik. Çünki pul qazanmaqdan başqa heç nə düşünməyən oyunçunu aldıqda həm də komandadakı ab-hava pozulur.
* Kamada, Tilemans kimi oyunçular gündəmimizdə yoxdu. Şimanski gündəmimizdə idi və hətta təkbətək görüşümüz də oldu. Dəyərli oyunçudu, amma maaş məsələsində anlaşa bilmədik. Onun tələbi ilə bizim təklifimiz arasında müəyyən fərq var. Hazırda hücumçu ilə yanaşı, “8 nömrə” mövqeyinə də oyunçu axtarırıq. Raşitsa “Qalatasaray”da qalmağa ikiəlli razıdı. Amma təzminatı yüksəkdi. 22-23 yaşlı oyunçuya görə bəlkə də 10 milyon avrodan keçməyə dəyər. Amma Anxelinyo, Şimanski kimi müəyyən yaşa çatmış futbolçular üçün məbləği aşağı salmaq lazımdı. Talişkanın isə maaşı yüksəkdi. Tələb etdiyi maaşı ona ödəməyə imkanımız yoxdu.
* Zanyoloya gəlincə, yüksək bir məbləğ təklif olunmasa, onu satmayacağıq. “Qalatasaray”da xoşbəxtdi. Təbii ki, arzusunda olduğu bir klub onun ağlını qarışdırsa, o başqa məsələ. Biz də transfer etmək istədiyimiz oyunçu ilə anlaşıb təzminatını aşağı endirməsini istəyirik. Bu, futbol dünyasında normal şeylərdi. Arsen Zaxaryan fərqli düşüncə tərzinə malik olduğu üçün onu gündəmimizə almadıq. Torreyra zədəli olsa da, bizimlə birlikdə toplanışa gəldi. Bu, onun komandaya nə qədər bağlı olduğunu göstərir. Zədəsini sağaltmaq üçün düşərgədən ayrıldı. Daha öncə Serxio Oliveryanı müalicə etmiş həkimin yanına yollandı. O da, biz də ÇL-in ilk təsnifat matçına yetişəcəyinə ümid edirik. Boyu kiçik olanların insanlıq saəviyyəsi yüksək olur (Ərdən Timur özü də bəstəboydu – Ə.R.). İnşallah, ilk rəsmi matçımızda onu heyətdə görmək istəyirik.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

28-06-2023, 17:0

''Qalatasaray'' rəsmisi İkardi və Ceko haqda nə dedi?

Dünya futbolu

20-06-2023, 20:0

''Qalatasaray'' rəhbərliyi İkardiyə görə bunu da etdi

Dünya futbolu

5-07-2023, 21:0

İkardi “Qalatasaray”dan nə qədər pul tələb edir?

Dünya futbolu

11-06-2023, 13:0

''Qalatasaray''ın İkardi ilə bağlı qorxduğu başına gəldi

Dünya futbolu

10-06-2023, 15:0

PSJ İkardiyə görə nə qədər pul tələb edir?

Dünya futbolu

6-07-2023, 23:0

''Qalatasaray'' İkardi ilə anlaşıb?

Aktual
Varqas düyününün səbəbi bilindi! - bu müqavilə şərtləri "Neftçi" üçün maneə törədibmiş...
Masazır təmsilçisinin qəribə Şüvəlan seçimi... - klub rəsmisi səbəbi dedi
Rəşad Sadıqovu sarsıdan hadisə - dərd gələndə batmanla gəlir!
"Sabah"ın məğlub heyəti, qələbə həsrəti - "bayquşlar" ÇL-yə hazırdımı?
“Xızıroğlu” Xızır kimi yetişdi
Boqomolski coşdu – 10 oyunda 0 qol, 4 oyunda 4 qol!
Son xəbərlər
  • Bu gün, 14:19
    Varqas düyününün səbəbi bilindi! - bu müqavilə şərtləri "Neftçi" üçün maneə törədibmiş...
  • Bu gün, 13:58
    Mbappe yenidən liderliyə yüksəldi
  • Bu gün, 13:27
    İspaniya klubunda yeni təyinat
  • Bu gün, 12:57
    Masazır təmsilçisinin qəribə Şüvəlan seçimi... - klub rəsmisi səbəbi dedi
  • Bu gün, 12:26
    Qol vurduğu üçün fikrini dəyişdi
  • Bu gün, 11:55
    İngiltərədə iş yerini dəyişə bilər
  • Bu gün, 11:34
    Millimizin seçmə mərhələ heyəti açıqlandı
  • Bu gün, 11:13
    Rəşad Sadıqovu sarsıdan hadisə - dərd gələndə batmanla gəlir!
  • Bu gün, 10:52
    “Neftçi” bu gün “Partizan”la üz-üzə gələcək
  • Bu gün, 10:31
    Bundestimin rekordu təkrarlandı
  • Bu gün, 10:00
    Yaşıl meydanı tərk etdi
  • Bu gün, 07:48
    İngiltərə də 1/4 finala vəsiqə qazandı - DÇ səhəri
  • Bu gün, 02:05
    Holann Braziliyanı evə göndərdi - DÇ gecəsi
  • Dünən, 23:59
    Romadan Milana üz tuta bilər
  • Dünən, 23:39
    Paytaxt klubunu tərk edəcək
  • Dünən, 23:00
    Fransaya qayıtmayacaq
  • Dünən, 22:37
    Mahir Almaniyaya yollandı, sabah məşqlərə başlayacaq! - başqa klubla anlaşıb?
  • Dünən, 22:21
    "Qarabağ"da daha bir ayrılıq - hücumçu Şotlandiya çempionuna gedir!
  • Dünən, 22:00
    "Qəbələ" hazırlıqlara başladı
  • Dünən, 21:30
    “Şamaxı”dan növbəti transfer
  • Dünən, 21:05
    İngiltərədə klubunu dəyişəcək
  • Dünən, 20:34
    MS-ni tərk edə bilər
  • Dünən, 20:04
    Millimiz İrlandiyaya uduzdu
  • Dünən, 19:33
    ''Fənərbaxça'' Avstriyaya yollandı - DÇ-də iştirak edənlər də heyətdədi
  • Dünən, 19:02
    İspaniya klubunu tərk etdi
  • Dünən, 18:32
    "Qarabağ"dan 8-ci transfer
  • Dünən, 18:01
    Parisi tərk edəcək
  • Dünən, 17:30
    Florensiyanı tərk etdi
  • Dünən, 17:00
    Kapitan daha bir il "Turan"da
  • Dünən, 16:29
    "Zirə" afrikalı oyunçu transfer etdi
  • Dünən, 15:58
    Paraqvay çirkli oyunu heç bir işə yaramadı - ''Əksinə biz onları əsəbləşdirdik''
  • Dünən, 15:30
    ''Fənərbaxça'' bu transferi təkzib etdi
  • Dünən, 14:59
    Cüdoçumuz Praqada "gümüş" qazandı
  • Dünən, 14:27
    Madriddən Londona üz tutacaq
  • Dünən, 13:56
    "Vestri"nin baş məşqçisi Qurban Qurbanovdan nə gizlədir? - xalları qurban verdi
Daha çox
Oxunub: 317
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 273
Elvin canını qurtardı, bəs, Abbasın aqibəti necə olacaq? - baş məşqçi açıqladı
Oxunub: 242
Zaur Ramazanov bu dəfə “bu həftə” dedi…
Oxunub: 163
“Kəpəz”də baş məşqçi karuseli - azarkeşlər Azər Məmmədovu istəmir, sədr isə...
Oxunub: 139
Kaşkilyanın da Allahı var!
Oxunub: 139
Leandro Andrade bir aya yeni dil öyrənəcək - Azərbaycanı heç yada da salmadı!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə