Mbappe yenidən liderliyə yüksəldi

6.07.2026 13:58 8
Dünya futbolu
Kilian Mbappe DÇ-2026-da bombardirlik yarışında yenidən liderliyə yüksəlib.

"Football-plus.az" xəbər verir ki, Fransa yığmasının hücumçusu Paraqva ilə 1/8 final matçında (1:0) penaltini dəqiq yerinə yetirib. Beləliklə, Mbappe hesabındakı qolların sayını 7-yə çatdıraraq FİFA-nın “Golden Boot” (Qızll buts) nominasiyasında 1-ci pilləyə qalxıb. Onun aktivində 2 məhsuldar ötürmə də var.

İkinci pillədə olan argentinalı hücumçu Lionel Messi də 7 qol vurub. Bombardirlərin yarışında hazırkı vəziyyət nəzərinizə çatdırırıq.

1.Kilian Mbappe (Fransa) - 7 qol, 2 assist 
2. Lionel Messi (Argentina) - 7 qol
3. Erlinq Holann (Norveç) - 5 qol
4. Harri Keyn (İngiltərə) - 5 qol