"Qarabağ"da daha bir ayrılıq - hücumçu Şotlandiya çempionuna gedir!

5.07.2026 22:21 123
Ölkə futbolu
Şotlandiya “Seltik”i “Qarabağ”ın futbolçusu Kamilo Duranı transfer etmək üçün danışıqları davam etdirir.

“Daily Record”un məlumatına görə, Qlazqo təmsilçisi kolumbiyalının keçidi ilə bağlı ağdamlılarla yeni danışıqlara başlayıb. Şotlandiya çempionunun 1,7 milyon funt sterlinqlik ilk təklifi rədd edilib. Ancaq tərəflər hazırda yeni razılaşma üzərində işləyirlər.

"Qarabağ" 24 yaşlı futbolçu üçün təxminən 3 milyon funt sterlinq tələb edir.

Başqa bir xəbərə görə, artıq futbolçunun agenti danışıqlar üçün Şotlandiyaya gedib.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul