"Vestri"nin baş məşqçisi Qurban Qurbanovdan nə gizlədir? - xalları qurban verdi

5.07.2026 13:56 105
Avrokuboklar / Manşet
"Qarabağ"ın Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi olan “Vestri” ölkə çempionatında növbəti oyununu keçirib.

"Football-plus.az"ın məlumatına görə, 13-cü tur matçında "Qrindavik"lə üz-üzə gələn islandlar xal itirib - 0:0.

“Vestri”nin baş məşqçisi Daniel Osafo-Badunun bu matçda şans verdiyi start heyəti ilə tanış olaq:
Marvin Steynarsson, Edson Eduardo, Qudmundur Svavarsson, Konstantin Çeşmedyev, Kafu Fete, Yakob Stensson, Qudmundur Svavarsson, Breki Hermanson, Tordur Qunnar, Kriss-Albin Mörfelt, Emmanuel Dua.

Göründüyü kimi, "Vestri" meydana böyük ölçüdə rotasiya olunmuş heyətlə çıxıb. Heç şübhəsiz, Osafo-Badunun qərarının səbəbi aparıcı oyunçuların səfəröncəsi istirahətinə şərait yaratmaqdı. O başqa məsələ ki, kollektiv bu məğlubiyyət üzündən 4-cü sıraya geriləyib.

Xatırladaq ki, “Qarabağ” - "Vestri" oyunu iyulun 9-da “Tofiq Bəhramov”da olacaq. Qarşılaşma saat 20.00-da start götürəcək. Cavab görüşü iyulun 16-da İslandiyanın paytaxtı Reykyavikdə - “Valbjarnarvöllur”da olacaq. Bu oyunun start fiti iyulun 17-si, Bakı vaxtıyla saat 00.00-da çalınacaq.

KƏNAN BAHADIR

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul