Ötən mövsümün sonuna yaxın “Kristal Pelas”dan ayrılan Patrik Vieyranın işsiz günləri 3 ay çəkib. Artıq onun yeni klubu müəyyənləşib.
"Football-plus.az" xəbər verir ki, fransalı mütəxəssis “Strasbur”un baş məşqçisi təyin edilib. Fransa Liqa 1 təmsilçisinin saytı 47 yaşlı məşqçi ilə 3 illik müqavilə imzalandığını xəbər verib. Qeyd edək ki, martda “Kristal Pelas”dan istefaya göndərilən Vieyra daha əvvəl vətənində iki il “Nitsa”ya başçılıq edib. Onun “Nyu York Siti” və “Mançester Siti”də işlədiyini də bildirək.
Yeri gəlmişkən, martda Vieyranın yerini tutan Roy Hocson “Kristal Pelas” ilə müqaviləsinin müddətini birilliyə artırıb.