Abbasla bağlı durum isə daha dolaşıqdı. Aradakı qohumluq əlaqələrini də nəzərə alsaq, onu bağışlamaq daha çətin olacaq. Bir neçə gün əvvəl adı “Zirə” ilə yanaşı hallanan müdafiəçi ilə bağlı hələ ki yeni xəbər yoxdu.
“Qarabağ”ın əvəzedici komandasının baş məşqçisi Maksim Medvedevlə əlaqə saxlamaqda məqsəd əslində Abbasın taleyi ilə bağlı bilgi almaq idi. Fürsət düşmüşkən, əvəzedicilərlə bağlı suallara da cavab aldıq:
“İnşallah, iyulun 13-də yığışacağıq. Hələ heç bir transfer edə bilmirik, çünki çempionatın reqlamenti bəlli deyil. Bu üzdən müəyyən məsələlərlə bağlı qərar verməkdə çətinlik çəkirik. Abbas Hüseynovla bağlı da heç bir məlumat yoxdu. Onun “Qarabağ”la müqaviləsi var. Görünən odu ki, bizmlə məşq etməyə başlayacaq”.






