Millimizin seçmə mərhələ heyəti açıqlandı

6.07.2026 11:34 11
Ölkə futbolu
Çimərlik futbolu millimizin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlanıb.

"Football-plus.az" xəbər verir ki, baş məşqçi Sahib Məmmədov heyətə 11 futbolçunun adını daxil edib.

Qapıçılar: Elçin Qasımov, Emil Omarov.

Oyunçular: Elşad Manafov, Orxan Məmmədov, İsa Zeynalli, Sabir Allahquliyev, Ramil Əliyev, Kamran Qürbətov, Bayram Bayramlı, İsa İsayev, Mirmövsüm Caniyev.

Komanda bu gündən iyulun 20-dək Gürcüstanın Batumi şəhərində təlim-məşq toplanışında olacaq. B Liqasının B qrupunda yer alan milli iyulun 15-də İngiltərə, 16-da Slovakiya, 17-də isə Latviya yığmaları ilə qarşılaşacaq. Hər üç oyun Batumi çimərlik meydançasında təşkil olunacaq.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul