"Qarabağ"dan 8-ci transfer

5.07.2026 18:32 20
Ölkə futbolu
2026/27 mövsümünün transfer çalışmalarını davam etdirən “Qarabağ” növbəti - 8-ci futbolçu keçidini gerçəkləşdirib.

"Football-plus.az" xəbər verir ki, bu haqda klub məlumat yayıb.

Macarıstanın “Ferentsvaroş” klubu ilə danışıqlar uğurla yekunlaşıb və Cebrail Makreçkis “Qarabağ”a transfer olunub.

Latviyalı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb. 26 yaşlı futbolçu 2029-cu ilin yayına qədər komandada çıxış edəcək. O, 25 nömrəli formanı geyəcək.

Almaniyada doğulan və Leverkuzen “Bayer”inin yetirməsi olan futbolçu peşəkar karyerası ərzində “Bonner”, “Borussiya” (Dortmund), “Viktoriya” (Berlin), Bolqarıstanda “Pirin” (Blaqoevqrad) klublarında da çıxış edib. O, 2018-ci ildə Latviyanın U-19 milli komandasının formasını geyib.

Makreçkis yay transfer pəncərəsində komandanın 8-ci transferidir. Daha əvvəl Jali Muaddib, Zakaria Savo, Samuel Lobato, Bruno Lanqa, Martin Zlomisliç, Renaldo Sefas və Bense Varkonyi “Qarabağ”a qoşulub.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul