“Neftçi” bu gün “Partizan”la üz-üzə gələcək

6.07.2026 10:52 18
Ölkə futbolu
Bu gün Sloveniyada təlim-məşq toplanışını davam etdirən “Neftçi” ikinci yoxlama görüşünü keçirəcək.

Yuri Vernidubun rəhbərlik etdiyi komanda Serbiya “Partizan”ı ilə münasibətlərə aydınlıq gətirəcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 20.00-da start götürəcək.

“Ağ-qaralar” hazırlıq prosesi çərçivəsində iyulun 10-da Serbiya “Radniçki Niş”i, iyulun 13-də isə Xorvatiya “Osiyek”i ilə yoxlama oyunları keçirəcək.