Kabo Verdeni 3:2 hesabı ilə məğlub edən Argentina yığması DÇ-2026-nın 1/8 finalına çıxıb.
"Football-plus.az" xəbər verir ki, sonuncu dünya çempionlarının qələbəsində əsas pay sahibi Lisandro Martines olub. 28 yaşlı müdafiəçi bir qol vurub və bir məhsuldar ötürmə edib.
“Goal” nəşrinin məlumatına görə, matçdan sonra Martines bu uğurun onun üçün xüsusi əhəmiyyət daşıdığını bildirib. O, ön çarpaz bağ zədəsindən sonra karyerasını başa vurmağı düşündüyünü etiraf edib.