İspaniya klubunu tərk etdi

28.08.2026 19:02 38
Dünya futbolu
Eryan Nülann “Sevilya”nı tərk edib.

"Football-plus.az" xəbər verir ki, bu haqda İspaniya klubunun mətbuat xidməti məlumat yayıb. 35 yaşlı norveçli qapıçının müqaviləsinin müddəti sona çatıb. Tərəflər müqaviləni yeniləməmək qərarına gəliblər.

Nülann “Sevilya”da 2023-cü ilin yayından çıxış edirdi. O, komandada keçirdiyi 66 matçın 16-sında qapısına toxunulmaz saxlayıb. Təcrübəli futbolçunun La Liqanın son mövsümündə 5 oyunda meydana çıxdığını da xatırladaq.