“Xızıroğlu” Xızır kimi yetişdi

4.07.2026 23:53 62
Ölkə futbolu / Aktual
Son mövsümdə 2-ci liqada 4-cü yeri tutan “Şirvan”ın bu şəhərin Region Liqasındakı təmsilçisi “Şirvan” OİK ilə birləşdiyini bilirsiz. “Football-plus.az” xəbər verir ki, birləşmənin ardından daha bir addım atılıb. Belə ki, “Şirvan”la “Xızıroğlu” şirkəti arasında rəsmi tərəfdaşlıq müqaviləsi əldə olunub.

Müqaviləyə əsasən, şirkətin loqosu klubun rəsmi oyun formalarının və məşq dəstlərinin arxa hissəsində yer alacaq. Klub bununla bağlı yaydığı açıqlamada bu əməkdaşlığın yeni mövsümdə “Şirvan”ın inkişafına və qarşıya qoyulan hədəflərin reallaşdırılmasına mühüm töhfə verəcəyini bildirib:

“Şirvan” olaraq, bizə göstərilən etimada və dəstəyə görə “Xızıroğlu” şirkətinin rəhbərliyinə təşəkkürümüzü bildirir, bu tərəfdaşlığın hər iki tərəf üçün uğurlu və uzunmüddətli olacağına inanırıq”.