• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Nurlan Bəylərli: “Yaxşı reqbi oynamaq üçün düşünən beyin, qərar vermək qabiliyyəti vacibdi” – LAYİHƏ

İdman / Layihə / Manşet

2-07-2023, 23:0

“Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə layihə çərçivəsində yazılarımız davam edir.

Reqbi Azərbaycanda yeni-yeni yayılmağa başlayan idman növüdü. Bir müddət əvvəl layihə yazılarımızın birini məhz reqbiyə həsr etmişdik. Həmin vaxt müsahibimiz Azərbaycan Reqbi Federasiyasnının inkişaf üzrə vitse-prezidenti, eyni zamanda da “Qarabağ” Reqbi Klubunun təsisçisi Eldar Kərimov idi. Bu dəfə isə bu idman növüylə məşğul olan yeniyetmə Nurlan Bəylərli ilə söhbətləşmişik.

- Nurlan, əvvəlcə səni oxucularımıza tanıtmaq istərdik. Reqbiylə məşğul olmağa necə başladın? Ümumiyyətlə, reqbiyə maraq hardan yarandı? İlk məşqçin və klubun haqda bizə danışardın.
- Reqbiyə marağımın səbəbkarı dostlarımdı. Onlar mənə reqbi haqda danışdılar, bildirdilər ki, çox maraqlı idman növüdü. Məlum məsələdi ki, uşaqlar hərəkətli olmağı, qaçmağı, dostları ilə oynamağı xoşlayırlar. Həm də istəyirsən ki, sən də nəsə bacarasan, bu bacarığına görə başqalarından fərqlənəsən. Məndə də uşaq vaxtından belə istəklər var idi. Dostlarım mənə təklif etdi ki, bizimlə məşqə gedəsən, məşqçi izləyəsən. Onların təklifinə qulaq asıb məşqlərə baxmağa başladım. Bundan sonra reqbi məni özünə cəlb etdi, məndə bu idman növünə böyük maraq yarandı. Reqbi barədə evdə də danışdım, valideynlərimlə məsləhətləşdim. Beləcə məşqlərə qoşuldum, reqbinin sirlərini öyrənməyə başladım. Artıq üç ildi reqbiylə məşğul oluram. İlk klubum da “Qarabağ” Reqbi Klubu olub. Məşqçimiz isə İlqar Qubadovdu. Elə ilk gündən mənə reqbinin sirlərini öyrədən, bu idman növünü mənə sevdirən İlqar müəllim olub. İndi də onun rəhbərliyi altında məşqlərə davam edirəm.

Nurlan Bəylərli: “Yaxşı reqbi oynamaq üçün düşünən beyin, qərar vermək qabiliyyəti vacibdi”


- Azərbaycanda reqbi o qədər də populyar deyil, uşaqlar daha çox fərdi idman növlərinə, yaxud da futbola yönəlir. Reqbiylə məşğul olmaq hansı baxımdan çətin, hansı baxımdan asandı?
- Doğru qeyd etdiz. Mən də onunla razıyam ki, reqbi Azərbaycanda çox da populyat deyil, valideynlər övladlarını əsasən futbola yönəldirlər, yaxud da güləşə və ya boksa. Bunun bir səbəbi də reqbinin az tanınması, insanların bu idman növü haqda az məlumatlı olmasıdı. Belə bir təsəvvür var ki, reqbi çətin idman növüdü, onunla məşğul olanda fiziki cəhətdən tez yorulursan. Amma digər yandan da bütün idman növləri fiziki hazırlığın yüksək olmasını, bunun da davamlı məşqlərdə qazanılmasını tələb edir. Yəni belə demək mümkünsə, idmanın hər sahəsi özünə görə çətindi. Sadəcə, dözməli, yaxşı məşq etməlisən ki, çətinliklərə də qalib gələsən.



- İndiyə qədər hansı uğurlara imza atmısan, ümumiyyətlə, beynəlxalq və yerli turnirlərin hansında iştirak etmisən?
- Bir qədər əvvəl qeyd etdiyim kimi, üç ildi reqbi ilə məşğul oluram. Bu müddət ərzində müəyyən uğurlar da qazanmışıq. İlk oyunum indiyə kimi yadımdadı. Bakı çempionatında əvəzetmədən oyuna daxil oldum. Amma özümü yaxşı tərəfdən göstərə bildim. Buna görə də qalan oyunlarda əsas heyət üzvü kimi iştirak etdim. Paytaxt birinciliyinin qalibi və Azərbaycan çempionu adını qazanmışıq. İştirak etdiyimiz beynəlxalq turnirlərdə də nailiyyətlərimiz olub. Əminəm ki, getdikcə komandamız güclənəcək, ölkəmizdə reqbinin səviyyəsi yüksələcək. Belədə bizim də nəticələrimiz daha yaxşı olacaq, Azərbaycanı uğurla təmsil etməyə davam edəcəyik.



- Reqbiylə məşğul olmaq gündəlik həyat tərzinə və təhsilə necə təsir göstərir? Reqbiylə məşğul olmaq istəyən şəxs nələrə diqqət etməlidi?
- Reqbiylə məşğul olmaq məndə özünəinam yaradıb. Düşünmək və qərar vermək qabiliyyətim artıb. Çünki reqbidə özün düşünməli və nə edəcəyinlə bağlı qərar verməlisən. Top səndə olanda kimsə sənə kömək edə bilməz. Əksinə, rəqib o topu almaq üçün sənin üzərinə gəlir. Belədə qısa müddət ərzində nə etməli olduğuna dair fikirləşib qərar verməlisən. Reqbi təhsildə də məntiqin inkişafına kömək olur. Reqbidə güclü məntiqin olmalıdı. Düşünməlisən ki, nə etsəm, rəqibi geridə qoya bilərəm. Həm də elə etməlisən ki, rəqib sənin məqsədini, planlarını başa düşməsin. Eyni zamanda da onun hərəkətlərini hesablaya bilməlisən ki, onu məğlub edəsən. Bu baxımdan reqbinin üstün cəhətləri çoxdu.



- Son sualım idman və təhsil ilə bağlıdı. Ümumiyyətlə, təhsil idmançı üçün nə dərəcədə vacibdi? Bu iki amili necə uyğunlaşdırmaq olar?
- Mənim üçün təhsil öncəlik daşıyır. Çünki təhsildə güclü olan insanın dünyagörüşü də güclü olur. Əvvəlcə təhsillə məşğul olmağa başlayırıq, sonra idmana yönəlirik. Ona görə də çalışmalıyıq ki, təhsil həyatımızda öncəliyini qoruya bilsin. Elə insanlar var ki, təhsili arxa plana keçirir, idmanı ön səviyyəyə çıxarır. Düşünürlər ki, idmanla məşğul olmaq gələcək üçün daha sərfəlidi. Fikrimcə, belə yanaşma səhvdi. Dərslərini yaxşı oxumasan, idmanda da düzgün inkişaf edə bilməzsən. Konkret reqbidə düşüncə qabiliyyətinin, beynin böyük rolu var. Nə edəcəyini düşünməlisən, doğru qərar verməlisən. Bunda isə təhsilin rolu əvəzsizdi. İstərdim ki, həmyaşıdlarım da hansı idman növü ilə məşğul olurlar-olsunlar, amma təhsilə də önəm versinlər.

İLKİN SULTANLI




Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə, “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanıb.

Paylaş:
Digər xəbərlər

İdman

4-10-2022, 10:0

"Qarabağ" beynəlxalq turnirdə çıxış edəcək

İdman / Layihə / Manşet

29-01-2023, 23:0

Eldar Kərimov: “Bəxtimiz onda gətirib ki, Gürcüstan kimi Avropa və dünya reytinqində yüksək yer tutan ölkə ilə həmsərhədik” - LAYİHƏ

Layihə / Manşet

4-12-2022, 23:0

Ruzanna Məmmədova: “Ən çox Azərbaycan tarixi ilə bağlı kitablar oxuyuram” - LAYİHƏ

Layihə / Manşet

7-08-2022, 22:0

Fəridə Əzizova: “İdmanla məşğul olmağa həkim məsləhəti ilə başlamışam” - LAYİHƏ

Aktual
“Kəpəz”də sədr və baş məşqçi təyinatı niyə yubanır? – klub rəsmisi səbəbi dedi
“Səbail”ə FİF də yardım etməyəcək – “dənizçilər”in pul axtarışı davam edir
“Şahdağ Qusar”dan başqa hansısa kluba maliyyə ayırmaq niyyətində deyilik” – “Səbail”in başı dərddə
Hamı bir nəfər kimi Tirolda! – “Sabah” başladı
AFFA-nın hakimlər üçün yeni planı nədi? - növbəti mövsüm səhv qərar görmək istəmirik!
“Rövşən belə söz deyibsə, səhv edib” – Mahmud Sadıqovdan qapıçının ittihamına sərt cavab
Son xəbərlər
  • Bu gün, 01:58
    İngiltərə inamlı qələbə ilə başladı - DÇ gecəsi
  • Dünən, 23:32
    "Səbail"in yeni rəhbəri bəlli oldu
  • Dünən, 23:15
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 22:50
    “Kəpəz”də sədr və baş məşqçi təyinatı niyə yubanır? – klub rəsmisi səbəbi dedi
  • Dünən, 22:16
    “Səbail”ə FİF də yardım etməyəcək – “dənizçilər”in pul axtarışı davam edir
  • Dünən, 21:55
    Ulduz futbolçunun 5-ci sevinci
  • Dünən, 21:49
    Mançesterdən Madridə yollandı
  • Dünən, 21:04
    “Şahdağ Qusar”dan başqa hansısa kluba maliyyə ayırmaq niyyətində deyilik” – “Səbail”in başı dərddə
  • Dünən, 20:43
    ''Udineze'' Zanyolonu ''Qalatasaray''dan daimi transfer etsə də...
  • Dünən, 20:12
    Bruno Lanqa "Qarabağ"da
  • Dünən, 19:41
    “Milan”ı yeni mövsümdə o çalışdıracaq
  • Dünən, 19:10
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 18:39
    "Şəfa"da növbəti müqavilə
  • Dünən, 18:08
    “Bu, “Qarabağ” üçün çox böyük təhlükədi” – Medinanın gedişi müdafiə xəttində xaos yaradacaq?
  • Dünən, 17:37
    Okan Buruk: ''Mourinyonun ''Real''ı ilə qarşılaşmaq əla olardı''
  • Dünən, 17:06
    Fransaya qayıtmayacaq
  • Dünən, 16:45
    "Zirə"nin də potensial rəqibi müəyyənləşdi
  • Dünən, 16:43
    "Sabah" və "Qarabağ" ilk mərhələdə uduzsa... - rəqiblər bəlli oldu
  • Dünən, 16:24
    "Neftçi"nin Konfrans Liqasındakı rəqibi bilindi
  • Dünən, 16:01
    Portuqaliyanı tərk etməyi düşünür
  • Dünən, 15:40
    “Neftçi” İspaniya yığması ilə qarşılaşacaq - 1/4 final
  • Dünən, 15:37
    "Qarabağ" Medina ilə vidalaşdı
  • Dünən, 15:23
    "Qarabağ"ın 2-ci mərhələdə mümkün rəqibi bilindi
  • Dünən, 14:57
    Messi DÇ-yə tarixi het-triklə başladı və Klozeni yaxaladı!
  • Dünən, 14:17
    "Sabah"ın potensial rəqibi bəlli oldu
  • Dünən, 13:56
    Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
  • Dünən, 13:45
    Monqolustandakı “Böyük Dəbilqə”də çıxış edəcək heyət - SİYAHI
  • Dünən, 13:08
    Hamı bir nəfər kimi Tirolda! – “Sabah” başladı
  • Dünən, 12:51
    AFFA-nın hakimlər üçün yeni planı nədi? - növbəti mövsüm səhv qərar görmək istəmirik!
  • Dünən, 12:20
    Parisi tərk edəcək
  • Dünən, 11:59
    “Neftçi” və “Zirə”nin mümkün rəqibləri dəqiqləşdi
  • Dünən, 11:39
    Cəlal Hüseynov Rumıniya klubunda
  • Dünən, 11:19
    “Qarabağ”ın mümkün rəqibləri müəyyənləşdi - siyahıda "Beşiktaş" da var
  • Dünən, 11:14
    "Araz-Naxçıvan" Ülvi ilə razılaşdı
  • Dünən, 11:00
    “Sabah”ın qarşılaşa biləcəyi komandaların sayı azaldı
Daha çox
Oxunub: 280
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Oxunub: 268
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
Oxunub: 267
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 238
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 233
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
Oxunub: 227
“Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə