• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Fəridə Əzizova: “İdmanla məşğul olmağa həkim məsləhəti ilə başlamışam” - LAYİHƏ

Layihə / Manşet

7-08-2022, 22:0

“Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə layihə çərçivəsində yazılarımız davam edirik.

Budəfəki müsahibimiz Fəridə Əzizovadı. Qusar rayonunda dünyaya göz açan Fəridə ilə taekvondoya gəlişindən, qızlarımızın idmanla məşğul olarkən üzləşdiyi çətinliklərdən və bu çətinliklərə necə qalib gəlmək lazım olduğundan danışdıq.

- Fəridə xanım, əvvəlcə sizin idman necə gəldiyinizdən danışaq. Bu həvəs sizdə necə yarandı? Neçə yaşınızdan məşqlərə başladız?
- Bəlkə də sizə qəribə görünəcək, mən idmana həkim məsləhəti ilə gəlmişəm. Uşaq vaxtı səhhətimdə problem vardı. Həkimlər məsləhət gördü ki, bərpa üçün 6 ay idmanla məşğul olmalısan. Həmin ərəfələrdə idmanın döyüş növü olaraq taekvondo yeni idi. Mənim də marağım bu növə oldu, döyüş növləri məni cəlb edirdi. Ona görə də taekvondoya yazıldım. 6 ay keçdikdən sonra isə taekvondodan ayrılmaq istəmədim. Sanki özümü yenidən kəşf etmişdim. Taekvondonun fəlsəfəsi mənə çox yaxın idi. Buna görə də valideynlərimlə də danışdım və qərar verdim ki, taekvondo ilə məşğul olmağa davam edim.

- İdmana gəlişinizin çox maraqlı tarixçəsi varmış. Amma siz də yaxşı bilirsiz ki, Azərbaycanda xanımların idmanla məşğul olması valideynləri tərəfindən heç də xoş qarşılanmır. Sizdə necə oldu? Bu maneəni necə aşdız?
- Bəli, doğru vurğuladız. İndinin özündə də belə hallar var. Düzdü, artıq əvvəlki qədər deyil. Amma indi də elə valideynlərlə qarşılaşırıq ki, qızlarını idmana qoymaq istəmirlər. Mən bu maneəni asanlıqla keçdiyimi deyə bilmərəm. Həkimlərin məsləhət gördüyü müddət altı ay idi. Ondan sonra özüm valideynlərimlə danışdım. Dedim ki, idmanla məşğul olmaq çox xoşuma gəlir. Hardasa 1-1,5 ay anamla mübahisəmiz olurdu, anam bu istəyimə qarşı çıxırdı. Mən isə idmana davam etməkdə israrlıydım. Fikrimdən dönmədim və belədə onlar da mənə icazə verdilər.

- Yəqin indinin özündə də neçə-neçə istedadlı xanım idmandan uzaq qalır. Onlara, onların valideynlərinə nə demək istərdiz?
- Valideynlərə üzümü tutub demək istərdim ki, övladlarının istəyinə qarşı çıxmasınlar. İstər oğan olsun, istərsə də qız - fərqi yoxdu. Hər bir insan sevdiyi işlə məşğul olmalıdı. Belədə insan daha xoşbəxt olur, nailiyyətlər qazanır. Söhbət təkcə idmandan getmir, uşaq incəsənətlə məşğul olmaq həvəsinə də düşə bilər. Əsas odu ki, insan arzularının arxasınca getsin, istədiyi işlə məşğul olsun. Sevmədiyi sahəyə yönəldilən uşaq gec-tez ordan uzaqlaşır. İllər sonra insan arzusuna çatmağa çalışır. İdman sağlamlıqdı. İdmanla məşğul olan uşaqlar pis vərdişlərdən, arzuolunmaz dostlardan uzaq olurlar. Ən azı bu məqama görə uşaqların idmanla məşğul olmasına şərait yaratmaq lazımdı.

- Taekvondo ilə məşğul olmaq sizə nə qazandırıb? Nə vaxtsa bu qərarınıza görə peşman olmamasız?
- Ən əvvəl taekvando mənə uğurlu idman karyerası qazandırıb. Mən Avropa və dünya çempionuyam. Üç dəfə Olimpiya Oyunlarında iştirak etmişəm. Bu nailiyyətlərin hamısına taekvandoyla məşğul olduğum üçün çatmışam. Eyni zamanda dünyanın hər tərəfindən dostlar qazanmışam. Dünyanı gəzdikcə oraların mədəniyyətini görürsən, öyrənirsən, dünyagörüşün artır. Heç vaxt öz qərarımdan peşman olmamışam. Çünki mən idmanı sevərək bu sahəyə gəlmişəm. Əvvəlki sualın cavabında da bildirdim ki, bir insan nəyisə sevərək edirsə, qərarından peşman ola bilməz.

Fəridə Əzizova: “İdmanla məşğul olmağa həkim məsləhəti ilə başlamışam”


- Gələcək hədəfləriniz nədi? Onların arasında məşqçi kimi qızlarımıza taekvondonun sirlərini öyrətmək varmı?
- Hədəflərim, planlarım çoxdu. Əsasən də karyeramla bağlı olimpiya medalını hədəfləyirəm. Çox istəyirəm ki, Azərbaycana olimpiya medalı qazandırım. Sonra isə məşqçiliyə başlayıb bildiklərimi gənclərə öyrədim. Təcrübəmi gənclərlə bölüşmək, məşqçi kimi özümü sınamaq istəyirm. Amma gələcəkdə nəyin necə olacağını indidən demək çətindi. Sözsüz, belə bir planlarım var. Necə deyərlər, yaşayarıq və görərik.

İLKİN SULTANLI



Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə, “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanıb.

Paylaş:
Digər xəbərlər
Aktual
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
“Orhus” Masazırda öyrəşmədiyi havada oynayacaq – 8 dərəcə fərq var!
Masazıra “Orhus”un 425 azarkeşi gələ bilər – istidən qorxurlar!
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
“Səfərdə heç-heçə də bizim üçün yetərlidi” – “Orhus”un baş məşqçisi qələbədən əlini üzüb?
Savonun durumu bilindi - əməliyyat olunmayacaq
Son xəbərlər
  • Dünən, 23:54
    Gözlənilən transfer rəsmiləşdi
  • Dünən, 23:30
    “Valensiya”nın tarixinə düşdü
  • Dünən, 22:57
    Amsterdamda qərar tutdu
  • Dünən, 22:27
    Gözlənilən transfer rəsmən açıqlandı
  • Dünən, 21:56
    “Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
  • Dünən, 21:26
    Uelbek İngiltərə iş yerini dəyişdi
  • Dünən, 20:52
    Turini tərk etdi
  • Dünən, 20:31
    Madriddən Londona yollandı
  • Dünən, 20:00
    "Şəmkir"də yeni vitse-prezident
  • Dünən, 19:49
    Tezliklə “Arsenal”a qoşulacaq
  • Dünən, 19:00
    Qapıçı ilə müqavilə yeniləndi
  • Dünən, 18:30
    Fransada klubunu dəyişəcək
  • Dünən, 17:59
    Diqqət, diqqət: “Qarabağ” 6 saatdı qol vurmur!
  • Dünən, 17:16
    İtaliya klubunda yeni müqavilə
  • Dünən, 16:52
    Martinesin yeni qiyməti açıqlandı
  • Dünən, 15:57
    “Valensiya”nın tarixinə düşdü
  • Dünən, 15:16
    “Ötən mövsüm səhvimiz məhz bunda oldu” - Modriç “Milan”da əsas hədəfini açıqladı
  • Dünən, 14:46
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 14:00
    “Orhus” Masazırda öyrəşmədiyi havada oynayacaq – 8 dərəcə fərq var!
  • Dünən, 13:17
    İngiltərə klubunu tərk etdi
  • Dünən, 12:41
    Londonda iş yerini dəyişdi
  • Dünən, 12:00
    Masazıra “Orhus”un 425 azarkeşi gələ bilər – istidən qorxurlar!
  • Dünən, 11:30
    Şayiələrə son qoydu
  • Dünən, 11:05
    “Təftişin nəticəsi məxfidi” dedi və dayandı
  • Dünən, 10:35
    “Real”ın oyunçularından son xəbərlər
  • Dünən, 10:00
    “Barselona”dan yeni transfer
  • Dünən, 00:01
    Niderlanda yollanacaq
  • 7-08-2026, 23:0
    Bolonyadan paytaxta üz tutdu
  • 7-08-2026, 22:0
    “Səfərdə heç-heçə də bizim üçün yetərlidi” – “Orhus”un baş məşqçisi qələbədən əlini üzüb?
  • 7-08-2026, 22:0
    Savonun durumu bilindi - əməliyyat olunmayacaq
  • 7-08-2026, 21:0
    “Sabah”ın rəqibi ilk oyundan sonra zədələrdən əziyyət çəkir
  • 7-08-2026, 21:0
    Dünya çempionu vəfat etdi
  • 7-08-2026, 21:0
    “Real”ın mənə ehtiyac duyduğu hər mövqedə oynamağa hazıram” - Bernardo Silva heyranlıq duyduğu futbolçuların adlarını açıqladı
  • 7-08-2026, 20:0
    "Şimal" xaçmazlı iş adamı ilə əməkdaşlıq müqaviləsi imzaladı
  • 7-08-2026, 20:0
    "Sumqayıt" Qətər klubu ilə heç-heçə etdi
Daha çox
Oxunub: 145
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 128
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 124
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 97
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Oxunub: 95
“Stadionun möhtəşəmliyini sözlə ifadə etmək mümkünsüzdü” - “Xəmsə” tərif yağdırdı
Oxunub: 88
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə