• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Ölkədə istedadlı uşaqları udan "ANAKONDA"

Ölkə futbolu / Yazarlar

2-07-2023, 17:0

Əvvəlcə onu qeyd edim ki, dünya miqyasında beynəlxalq səviyyəli idmançılar yetişdirmək hər mənada çox məşəqqətli bir prosesdir, uzun illər, səbr, dözüm tələb olunur. Elə buna görə də, futbolla peşəkar məşğul olan uşaqlarımız üçün hərbi xidmət məsələsinə yenidən baxılmalı və elə bir qayda düşünülməlidir ki, istedadlı balalarımız itib yox olmasınlar.

Sirr deyil ki, Azərbaycanda istedadlı futbolçuların böyük bir qismi məhz həyatın bu fazasında yoxa çıxırlar, itirən isə Azərbaycan futboludur.

İllərdir bu problem həll olunmur və buna təbii səbəblər var idi. Suveren ərazilərimizin işğalda olması hərbi xidməti, peşəsindən asılı olmayaraq, hər kəs üçün məcburi edirdi. Lakin 2020-ci ildən bu yana vəziyyət köklü surətdə dəyişib və ölkə rəhbərliyi bu istiqamətdə yeni təcrübələri sınaqdan çıxara bilər. Buna böyük ehtiyac var.

Təsadüfi deyil ki, hərbi xidmət yaşı çatmış, peşəkar futbolla məşğul olan və klublarla müqaviləsi olan gənclər hərbi xidmətdən döndükdən sonra, ya qarşılaşdıqları maneələrdən bezib daha futbolla məşğul olmurlar, ya da fiziki-mənəvi planda bütün parametrlər üzrə elə bərbad vəziyyətdə olurlar ki, əvvəlki formanı bərpa edib geri qaytarmaq müşkülə çevrilir. Bir sözlə, heyf olub gedirlər.

Düşünün ki, 5-6 yaşlardan ta 18 yaşa qədər böyük fiziki-mənəvi əziyyətlər çəkmiş, yolunda maddi vəsaitlər xərclənmiş, bəlli bir səviyyəyə çatmış uşaqları "hərbi xidmət" adlı ANAKONDA udub yoxa çıxarır. Yüzlərlə istedadlı uşaq yemə çevrilir. Obrazlı desək, Kərəmi də, bax, o yerdə zırın-zırın ağlamaq tutur.

Buna görə də, dövlət bu məsələ ilə bağlı müəyyən dəyişikliklər etsə, ümumi işin xeyrinə olar. Ümumi iş isə Respublikada futbolun fundamental əsaslarda inkişafıdır. 30 ildir biz bu inkişaf xəttini düzəməlli tuta bilmirik. Bizdən qat-qat kasıb olan, insan resursları bizdən bir neçə dəfə az olan digər Cənubi Qafqaz ölkələri Gürcüstan və Ermənistan bu mənada ölkəmizi xeyli qabaqlayıblar. Bu isə xalqımızı, yüzminlərlə futbolsevəri məyus edir.

Hə, kimsə deyə bilər ki, futbolçuların hərbi xidmətlərini rahat keçə bilməsi üçün MOİK (Ordu İdman Klubu) var. Lakin futbolun içində olanlar, xüsusilə mən özüm çox qəşəng bilirik ki, son 30 ildə MOİK-də bu planda necə "bazar açılıb".

Hətta futbola aidiyyatı olmayan yüksək vəzifəli şəxslərin uşaqlarının və ya qohum-əqrabalarının "böyük pullar" qarşılığında hərbi xidmətini MOİK sıralarında çəkdiyini bilməyən az adam olar. Belədə, onsuz da boş yerlərin məhdud olduğu MOİK-də hərbi xidmət yaşı çatmış gənc futbolçulara yer qalmır. Hələ bunun rəislərdən ötrü "Bakı qeydiyyatı" və ya "rayon qeydiyyatı" kriteriyaları var ki, orada da şıdırğı alverə meydan yaranıb illərdir.

Yaxşı yadımdadır, əvvəllər, hətta ədliyyə sisteminin nəzdində olan hərbi rejimli futbol komandası da var idi, hərbi xidmət yaşına çatmış gənclər əsgərliklərini məhz "Ədliyyə" klubunda da keçə bilirdilər. Deyəsən, xeyli müddətdir, o da, ya dağılıb, ya da yerli-dibli ləğv ediblər.

Bir də, pis xatırlamıramsa, Beyləqandakı "n" saylı hərbi hissədə "Qara Bəbir" idman və futbol klubu var idi, orada da gənc futbolçuların vətənə borcunu futbol oynayaraq ödədiyini bilirik. Bütün bunlar indi varmı-yoxmu, bilmirəm.

Məsələ burasındadır ki, hətta bunlar varsa da, fiziki planda eyni vaxtda hərbi xidmət yaşına çatmış yüzlərlə müqaviləli peşəkar futbolçunu sıralarına götürmək imkanında ola bilməzlər. Premyer-Liqa, Liqa-1 və Liqa-2 klubları ilə peşəkar müqaviləsi olan gənc futbolçuları nəzərdə tuturuq.

Ona görə də, məsələ mütləq köklü həllini tapmalıdır, daha doğrusu, müvafiq qanunvericilikdə dəyişikliklər edilməlidir.

Bir halda ki, ərazi bütövlüyümüz tam bərpa olunub, geniş miqyaslı müharibə ehtimalı artıq aradan qalxıb, Milli Ordumuz daha peşəkar hərbi birliklərlə (məsələn, "Komando" hərbi birliyi) gücləndirilmək xətti tutub, o zaman idmanın spesifik sahələrində ucdantutma hər kəsin hərbi xidmət keçməsinə gərək qalmır, xüsusilə də futbolçuların. Dünyada da bununla bağlı xeyli mütərəqqi təcrübə var, örnək ala bilərik.

İdman da ölkəni dünyada təmsil edə bilmək, bayraq ucaltmaq üçün xüsusi sahədir, futbol isə çoxdan idman olmaqdan çıxıb, daha beynəlmiləl əhəmiyyət kəsb etməyə başlayıb, ölkəni tanıtmaq baxımından unikal qlobal sahəyə çevrilib. "Qarabağ" futbol klubunun timsalında biz buna illərdir şahidik.

Bu məntiqlə yanaşsaq, kimsə yəqin etiraz etməz ki, istedadlı, perspektiv vəd edən idmançılarımızın, futbolçularımızın karyerasını qorumaq həm də dövlətin borcudur. Elə buna görə də, hərbi xidmətin sırf futbolla və futbolçularla bağlı peşəkar qaydalarına (ödənişli və ya xüsusi istisna hallar), istər Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, istərsə də İdman və Gənclər Nazirliyinin təşəbbüsü ilə dövlətin aidiyyatı qurumlarının yenidən baxmasına zərurət yaranıb. İdman ictimaiyyətinin, xüsusilə idman mediasının mövzunu gündəmdə saxlamasında fayda var. Vaxtıdır, ləngitməyək.

Mirzə Rəşad Bakuvi

Paylaş:
Digər xəbərlər

Maraqlı

3-05-2023, 17:0

Milli futbolçu hərbi xidmət keçəcək

Dünya futbolu

28-05-2022, 08:0

“Fənərbaxça”nın futbolçusu hərbi xidmət keçəcək

Ölkə futbolu / Manşet

5-10-2022, 13:0

AFFA Velebitin iradlarına cavab verdi

Aktual
“Kəpəz”də sədr və baş məşqçi təyinatı niyə yubanır? – klub rəsmisi səbəbi dedi
“Səbail”ə FİF də yardım etməyəcək – “dənizçilər”in pul axtarışı davam edir
“Şahdağ Qusar”dan başqa hansısa kluba maliyyə ayırmaq niyyətində deyilik” – “Səbail”in başı dərddə
Hamı bir nəfər kimi Tirolda! – “Sabah” başladı
AFFA-nın hakimlər üçün yeni planı nədi? - növbəti mövsüm səhv qərar görmək istəmirik!
“Rövşən belə söz deyibsə, səhv edib” – Mahmud Sadıqovdan qapıçının ittihamına sərt cavab
Son xəbərlər
  • Bu gün, 01:58
    İngiltərə inamlı qələbə ilə başladı - DÇ gecəsi
  • Dünən, 23:32
    "Səbail"in yeni rəhbəri bəlli oldu
  • Dünən, 23:15
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 22:50
    “Kəpəz”də sədr və baş məşqçi təyinatı niyə yubanır? – klub rəsmisi səbəbi dedi
  • Dünən, 22:16
    “Səbail”ə FİF də yardım etməyəcək – “dənizçilər”in pul axtarışı davam edir
  • Dünən, 21:55
    Ulduz futbolçunun 5-ci sevinci
  • Dünən, 21:49
    Mançesterdən Madridə yollandı
  • Dünən, 21:04
    “Şahdağ Qusar”dan başqa hansısa kluba maliyyə ayırmaq niyyətində deyilik” – “Səbail”in başı dərddə
  • Dünən, 20:43
    ''Udineze'' Zanyolonu ''Qalatasaray''dan daimi transfer etsə də...
  • Dünən, 20:12
    Bruno Lanqa "Qarabağ"da
  • Dünən, 19:41
    “Milan”ı yeni mövsümdə o çalışdıracaq
  • Dünən, 19:10
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 18:39
    "Şəfa"da növbəti müqavilə
  • Dünən, 18:08
    “Bu, “Qarabağ” üçün çox böyük təhlükədi” – Medinanın gedişi müdafiə xəttində xaos yaradacaq?
  • Dünən, 17:37
    Okan Buruk: ''Mourinyonun ''Real''ı ilə qarşılaşmaq əla olardı''
  • Dünən, 17:06
    Fransaya qayıtmayacaq
  • Dünən, 16:45
    "Zirə"nin də potensial rəqibi müəyyənləşdi
  • Dünən, 16:43
    "Sabah" və "Qarabağ" ilk mərhələdə uduzsa... - rəqiblər bəlli oldu
  • Dünən, 16:24
    "Neftçi"nin Konfrans Liqasındakı rəqibi bilindi
  • Dünən, 16:01
    Portuqaliyanı tərk etməyi düşünür
  • Dünən, 15:40
    “Neftçi” İspaniya yığması ilə qarşılaşacaq - 1/4 final
  • Dünən, 15:37
    "Qarabağ" Medina ilə vidalaşdı
  • Dünən, 15:23
    "Qarabağ"ın 2-ci mərhələdə mümkün rəqibi bilindi
  • Dünən, 14:57
    Messi DÇ-yə tarixi het-triklə başladı və Klozeni yaxaladı!
  • Dünən, 14:17
    "Sabah"ın potensial rəqibi bəlli oldu
  • Dünən, 13:56
    Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
  • Dünən, 13:45
    Monqolustandakı “Böyük Dəbilqə”də çıxış edəcək heyət - SİYAHI
  • Dünən, 13:08
    Hamı bir nəfər kimi Tirolda! – “Sabah” başladı
  • Dünən, 12:51
    AFFA-nın hakimlər üçün yeni planı nədi? - növbəti mövsüm səhv qərar görmək istəmirik!
  • Dünən, 12:20
    Parisi tərk edəcək
  • Dünən, 11:59
    “Neftçi” və “Zirə”nin mümkün rəqibləri dəqiqləşdi
  • Dünən, 11:39
    Cəlal Hüseynov Rumıniya klubunda
  • Dünən, 11:19
    “Qarabağ”ın mümkün rəqibləri müəyyənləşdi - siyahıda "Beşiktaş" da var
  • Dünən, 11:14
    "Araz-Naxçıvan" Ülvi ilə razılaşdı
  • Dünən, 11:00
    “Sabah”ın qarşılaşa biləcəyi komandaların sayı azaldı
Daha çox
Oxunub: 280
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Oxunub: 268
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
Oxunub: 267
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 238
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 233
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
Oxunub: 227
“Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə