Nqolo Kante futbol biznesində ilk addımını atacaq. O, tezliklə klub sahibi olacaq.
“Football-plus.az” xəbər verir ki, “Çelsi”nin yarımmüdafiəçisi “Royal Ekscelsior Virton”un sahibi olmağa yaxındı. Ötən ilin sonunda fransalı futbolçu Belçika klubunun bazasına baş çəkib və “Virton”un sahibi Flavio Bek səhmlərini almaq təklifi ilə onu razı salıb. Bekin satış üçün klubun bir sıra hüquqi məsələlərini həll etməli olduğu vurğulanıb. “Virton” artıq satış prosesi ilə bağlı Belçika Kral Futbol İttifaqını məlumatlandırıb.
Qeyd edək ki, “Royal Ekscelsior Virton” 2022/23 mövsümündə Belçikanın 2-ci divizionunda sonuncu yeri tutub və 3-cü liqaya düşüb.