İbrahimov mundialda yüksək gələcək vəd edən yeni oyunçuların kəşf olunması ehtimalına da toxundu:
"DÇ-2026-da hansısa yığmanın sürpriz edəcəyinə inanmıram. Əvvəlki kimi favorit göstərilən Fransa, İspaniya, Niderland kimi millilər mundialın sonunda yenə ön plana çıxacaq. Sürpriz oyunçu adlandıra biləcəyim biri də hələ ki yoxdu. Olacağını da düşünmürəm. Artıq skautinq elə həddə qədər inkişaf edib ki, dünyanın hər yerində potensiallı futbolçulardan xəbər tutmaq olur. Əvvəllər bəzi turnirlərdə yüksək keyfiyyətli oyunçular üzə çıxırdı. DÇ-1994-də Bolqarıstan yığmasındakı Yordan Leçkov buna misal ola bilər. Lakin artıq o zamanlar geridə qalıb. İndi potensiallı oyunçuları 4-5-ci liqalarda olsalar belə, tapmaq mümkündü".
MURAD ABDULLAZADƏ





