Futbol üzrə 23-cü dünya çempionatı davam edir.
"Football-plus.az" xəbər verir ki, L qrupunda daha bir matç keçirilib. Panama ilə qarşılaşan Qana yığması son anda vurduğu qolla qələbə qazanıb. K qrupunda isə tarixində ilk dəfə dünya çempionatında iştirak edən Özbəkistan millisi Kolumbiyaya uduzub - 1:3.
Beləliklə, yarışda birinci tur sona çatıb.
Qana - Panama 1:0
Kaleb Yirenki, 90+5
Özbəkistan - Kolumbiya 1:3
Abbosbek Fayzullayev, 60 - Daniel Munyoz, 40. Luis Diaz, 66. Jaminton Kempaz, 90+8