"Qarabağ"ın rəqibi qələbə qazandı

18.06.2026 09:23 23
Avrokuboklar
Avropa Liqasının 1-ci təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan "Vestri" İslandiyanın 1-ci liqasında növbəti oyununu keçirib.

"Football-plus.az" xəbər verir ki, kollektiv "Aeqir"lə üz-üzə gəlib. Qarşılaşma "Vestri"nin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Ağdamlıların rəqibi 16 xalla 4-cü pillədədi.

"Qarabağ" bu komandaya qarşı ilk oyununu iyulun 9-da Bakıda keçirəcək. Cavab qarşılaşması 16-da səfərdə olacaq.