"Neftçi" Orlean mərhələsində çempion oldu - Dünya Qadın Seriyası

18.06.2026 09:36 9
İdman
3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Orlean (Fransa) mərhələsində final oyunu keçirilib.

"Football-plus.az" xəbər verir ki, finalda ev sahibi Fransa yığması ilə üz-üzə gələn “Neftçi SOCAR”, gərgin mübarizənin yekununda 20:21 hesabı ilə qələbə qazanıb və Orlean mərhələsinin çempionu olub.