“Çelsi”də ciddi itki

20.08.2022 22:10 412
Dünya futbolu
“Çelsi” aparıcı oyunçularından birini müəyyən müddətə itirib.

"Football-plus.az" xəbər verir ki, yarımmüdafiəçi Nqolo Kante bud nahiyəsindən zədə alıb. Fransalı futbolçu premyer-liqanın “Tottenhem”lə son oyununda (2:2) sıradan çıxıb.

Baş məşqçi Tomas Tuxel Kantenin bir neçə gün futbol oynaya bilməyəcəyini bildirib.