Ceyms Milnerin yeni klubu müəyyənləşib. Təcrübəli futbolçu yenə premyer-liqada oynayacaq.
“Football-plus.az” xəbər verir ki, bu ay “Liverpul”dan ayrılan Milner “Brayton”a keçib. Klubun rəsmi saytının xəbərinə görə, 37 yaşlı yarımmüdafiəçi ilə “1+1 il” sxemi üzrə müqavilə imzalanıb. Milner “Liverpul”da 2015-ci ildən oynayırdı. İngiltərəli futbolçu ötən mövsüm bu klubda 43 oyun keçirib, 1284 dəqiqə meydanda olub.
Xatırladaq ki, “Brayton” son mövsümdə İngiltərə premier-liqasını 6-cı yerdə başa vurmaqla Avropa Liqasında oynamaq hüququ qazanıb.