• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

PSJ ətrafında nə baş verir? - Rəhbərlik iki mütəxəssisin namizədliyini gözdən keçirir

Dünya futbolu

14-06-2023, 12:0

PSJ Fransa çempionatının son mövsümünü çempion kimi bitirsə də, nəticələrin və oyunun – xüsusən də Çempionlar Liqasında! – klubun iddialı rəhbərliyini razı salmaması heç kimə sirr deyil. Üstəlik parislilərin əsas ulduzu Lionel Messi gedib, Neymar yol üstədi, baş məşqçi Kristof Qaltyenin taleyi bilinmir. Bir sözlə, PSJ yenə də xəbər lentlərində ana mövzulardan biridi.

Qaltyeni Naqelsmann ilə əvəzləmək istəyirlər, amma...

Qaltye bir il paytaxt klubunda çalışdı, çempion oldu və belə görünür ki, tezliklə Parisi tərk edəcək. Hələ ki PSJ rəhbərliyi onun qovulmasını rəsmi şəkildə bildirməyib, bununla belə, “Le Parisien” xəbər verir ki, idman direktoru Luiş Kampuş artıq mütəxəssisə növbəti mövsüm onun yerini başqasının tutacağını deyib. Elə həmin qaynaq əlavə edir ki, Zinəddin Zidan paytaxt klubunu çalışdırmaq təklifini geri çevirib, hərçənd məşhur insayder Fabritsio Romano fərqli informasiyaya malikdi. Romano iddia edir ki, PSJ, ümumiyyətlə, “Real”ın sabiq baş məşqçisi ilə təmasa keçməyib: “Zinəddin Zidanın ətrafı PSJ ilə hansısa təmasın olmasıyla bağlı xəbərləri təkzib edir. Zidanın təklifdən imtina etməsi ilə bağlı xəbər yalandı. Ona görə ki, adı çəkilən mütəxəssis heç bir təklif almayıb”.

Qətər şeyxinin baş məşqçi postunu kimə tapşırmaqla bağlı daha iki variantının olduğu deyilir. Bunlardan birincisi məşqçi korpusuna Tyerri Anrinin də daxil olacağı gözlənilən Yulian Naqelsmann ilə bağlıdı. Naqelsmanna görə 10-15 milyon avro tələb edən “Bavariya” ilə danışıqlar hələ başlamayıb. Xatırladaq ki, Münhen klubu martda 35 yaşlı mütəxəssisi postundan qovsa da, onunla müqaviləni pozmayıb. Yox, Naqelsmann variantı alınmasa, onda Massimiliano Alleqrinin namizədliyi önə çıxa bilər. Alleqri və onun çalışdırdığı “Yuventus” hazırda çətin vəziyyətlə üzləşib. Maliyyə saxtakarlığına görə 10 xaldan məhrum olunan Turin klubu son mövsümün 7-ci yerdə bitirdiyindən son 12 ildə ilk dəfə Çempionlar Liqasında oynamayacaq. Bununla belə, turinlilərin baş direktoru Mauritsio Skamavino deyir ki, Alleqri komandada qalacaq. “Yuve” ilə baş məşqçi arasındakı müqavilənin müddəti 2025-ci ilə qədərdi. Səudiyyə Ərəbistanının bir neçə klubunun adı çəkilən mütəxəssisin xidmətində maraqlı olmasıyla bağlı da xəbərlər gəzir. Müxtəlif qaynaqlara inansaq, PSJ yalnız Naqelsmann ilə müqavilə bağlaya bilməyəcəyi təqdirdə Alleqri ilə danışıqlara başlamağa hazırdı.

Əl-Xelayfi şeyx Cassimə yardım edir?

Bugünlərdə Böyük Britaniyanın “The Athletic” nəşri çox maraqlı insayd yayıb. Xəbərdən belə aydın olur ki, PSJ-nin prezidenti Nasser Əl-Xelayfi nəinki şeyx Cassimə “Mançester Yunayted”i almaqda yardım edir, hətta bəlkə də bu alış prosesinin arxasında dayanan şəxsdi. İnsayderlərin yazdığına görə, klubun indiki sahibi Qleyzerlərlə şeyx Cassimin nümayəndələri arasında gedən danışıqlarda ikincinin indiyə qədər bir dəfə də iştirak etməməsi qeyri-adi məqamdı. Amma Əl-Xelayfi belə xəbərləri qətiyyən yaxın buraxmır:

“PSJ mənim klubumdu, qəlbimdədi. “Yunayted”lə heç bir ümumi bağım yoxdu. Belə xəbərlər məni güldürür. Mən qətərliyəm, düzdü? Adamlar fikrimi soruşsalar, cavab verərəm. Və bu təkcə “Yunayted”lə bağlı suala aid deyil”.


Heyətlə bağlı hansı yeniliklər gözlənilir?

Bu arada PSJ-nin sabiq idman direktoru Leonardo İtaliyanın “Corriere della Sera” nəşrinə müsahibəsində paytaxt klubunda baş verən son hadisələri şərh edib. O, ilk növbədə Messinin gedişinə toxunub:

“PSJ-də daha bir inqilab? O məşhur məsəldə necə deyirlər? Mənlə çətindi, mənsiz də mümkünsüz, ha-ha-ha.... Çox təəssüf ki, belə alındı və Messi komandanı tərk etdi. O, qeyri-adi adam və çempiondu, futbol Olimpinə Pele və Maradona ilə birgə qalxmağı haqq edən adamdı. Messi həyati seçim edib, bu seçim ona ailə ilə işi bir arada tutmağa imkan verəcək. Müharibəyə gedirsizsə, Leo ilə sizi tənhalıqda ölmək riski gözləmir, başqalarıyla isə gözləyir”.


Xatırladaq ki, Leonardo Parisdə üç il – 2019-22 aralığında işləyib. Həmin dövrdə transferlərə görə tez-tez tənqid olunub, ötən mövsümün ardından işdən ayrılıb. İndi onun yerini Luiş Kampuş tutur.

PSJ ilə bağlı daha bir xəbər var. Klub bu yay heyəti yeniləməyi planlaşdırır. Parislilərin heyətə ən azı yeddi yeni futbolçu qoşacağı gözlənilir. Transfer büdcəsindən 60 milyon avro “Sportinq”in yarımmüdafiəçisi Manuel Uqartenin keçidinə xərclənəcəyindən, PSJ-nin bu yay üçün prioriteti azad agentlər olacaq.

Heyətdən söz düşmüşkən, diqqət mərkəzində olan futbolçulardan biri də Neymardı. Onun “Barselona”ya dönüşü müxtəlif səbəblər üzündən mümkün deyil. Əsas səbəb “maliyyə feyr-pleyi”di. “Barsa” braziliyalını qeydiyyatdan keçirə biləcəyinə dair heç bir təminat vermir. Bundan başqa, Neymarın müqavilə müddəti bitməyib, deməli, “Barsa” PSJ ilə kompensasiya məsələsini də razılaşdırmalıdı. Kataloniya klubunu çəkindirən digər məqamlar forvardın zədəyəmeyilli olması, eləcə də həyat tərzidi. “Barsa” camiəsi futbolçunun qısamüddətli və uzunmüddətli perspektivi ilə bağlı şübhə içindədi.

Hər halda, Neymara müştəri düşən varlı-hallı klublar da var. Bunlardan biri “Əl-Hilal”dı. Səudiyyə Ərəbistanı klubunun təmsilçiləri transferi razılaşdırmaq üçün Parisə baş çəkib. “Əl-Hilal” PSJ-yə 45 milyon, Neymarın özünə isə bir il üçün 200 milyon avro təklif etməyə hazırdı. Şərtlər, demək olar ki, Kriştiano Ronaldonun “Əl-Nəssr” ilə müqaviləsində göstərilənlərlə eynidi. Qeyd olunur ki, PSJ 2025-ci ildə müqavilə müddəti bitəcək Neymarın transferi ilə bağlı istənilən təklifi gözdən keçirməyə hazırdı. 31 yaşlı braziliyalı Liqa 1-in başa çatan mövsümündə 20 oyuna çıxıb, 13 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

23-03-2023, 18:0

Qaltyenin yerini kim tuta bilər?

Dünya futbolu

23-04-2023, 17:0

Qaltye həbs oluna bilər

Dünya futbolu

27-04-2022, 09:0

PSJ rəhbərliyi baş məşqçi haqda qərarını verdi

Dünya futbolu

5-06-2022, 20:0

Poçettinonun yerini kim tutacaq?

Dünya futbolu

3-09-2022, 22:0

Zidan iş yerini dəyişdi

Aktual
"Kayzerslautern" çətin durumda - "qırmızı iblislər" Mahiri heyətdə saxlaya bilər!
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
"Burda əsl ailə ab-havası hökm sürür" - Emil Balayev
DÇ-2026-ya yollanacaq futbolçu "Qarabağ"da!
Son xəbərlər
  • Bu gün, 13:46
    Ayxan Abbasov iki futbolçunu millidən kənarlaşdırdı!
  • Bu gün, 13:00
    ''Qalatasaray'' Osimhenə görə olan borcunu bağladı - İngiltərə nəhəngləri gözləmə mövqeyindədi
  • Bu gün, 12:39
    Yankoviç oynadı, Monteneqro heç-heçə etdi
  • Bu gün, 12:05
    Qrinvud da ''Fənər''ə keçməyə razılıq verdi - Əziz Yıldırımın rəqibi şou göstərir!
  • Bu gün, 11:34
    "Kayzerslautern" çətin durumda - "qırmızı iblislər" Mahiri heyətdə saxlaya bilər!
  • Bu gün, 11:12
    U-21 millimiz Bəhreynə qarşı
  • Bu gün, 11:03
    Nəhayət, Qvardioladan ayrılacaq
  • Bu gün, 10:00
    Gözlənilən müqavilə rəsmiləşdi
  • Bu gün, 00:26
    "Çoxdandı bu qədər qol epizodu yaratmırdıq" - Ayxan Abbasov
  • Dünən, 23:55
    Millimiz Maltaya uduzdu - YENİLƏNİB
  • Dünən, 23:32
    Xəyal zədələndi, meydanı xərəkdə tərk etdi
  • Dünən, 23:01
    "Görüləcək işlər çoxdu" - Zaur Həşimov
  • Dünən, 22:06
    Qurban Qurbanov Ağdama səfər etdi
  • Dünən, 21:54
    "Şamaxı"da növbəti ayrılıq
  • Dünən, 21:50
    Sadıq Sadıqov dünyasını dəyişdi
  • Dünən, 21:30
    "Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
  • Dünən, 20:00
    Millimiz Macarıstana uduzdu
  • Dünən, 19:32
    “Şəfa” yeni baş məşqçisini açıqladı
  • Dünən, 19:01
    Terim Türkiyənin DÇ-də şansları haqda nə dedi? - ''Bizim üçün sərhəd yoxdu''
  • Dünən, 18:10
    "Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
  • Dünən, 17:22
    ''Beşiktaş''ın yeni məşqçisi İstanbula gəldi
  • Dünən, 16:47
    Əliyar Ağayev və Tural Qurbanova UEFA-dan təyinat
  • Dünən, 15:51
    ''Trabzonspor'' DÇ-də oynayacaq futbolçu aldı
  • Dünən, 15:05
    AFFA-da seminar keçirildi
  • Dünən, 14:14
    “Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
  • Dünən, 13:16
    Əziz Yıldırımın rəqibi ''bombaları partlatdı'' - Luis Suares, Merih Dəmirəl...
  • Dünən, 12:45
    Premyer-liqanın tarixinə düşdü
  • Dünən, 11:54
    UEFA ona ağır cəza kəsdi
  • Dünən, 11:23
    "Karvan-Yevlax"da növbəti ayrılıq
  • Dünən, 10:52
    “Real”dan ayrılacağını bəyan etdi
  • Dünən, 10:31
    Klubdakı 15 illik çıxışını başa vurur
  • Dünən, 10:00
    Vlahoviç hara gedir?
  • 4-06-2026, 23:0
    Minifutbol millimiz ikinci dəfə Avropa çempionu oldu!
  • 4-06-2026, 23:0
    "Rəqibin harda boşluqlar verdiyini bilirik" - Siyasət Əsgərov
  • 4-06-2026, 22:0
    Azarkeşlərin tənqidinə məruz qaldı
Daha çox
Oxunub: 636
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 230
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 224
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 212
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 209
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 170
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə