Zidan iş yerini dəyişdi

3.09.2022 22:58 395
Dünya futbolu
“Real”ın sabiq oyunçusu Luka Zidan İspaniyada klubunu dəyişib.

"Football-plus.az" xəbər verir ki, 24 yaşlı qapıçı azad agent kimi “Eybar”a keçib. 2-ci divizionda çıxış edən klubun rəsmi saytının məlumatında Zidanla 2 illik müqavilə bağlanıldığı bildirilib.

Qeyd edək ki, “Real”ın sabiq baş məşqçisi Zinəddin Zidanın oğlu olan Lukanın sonuncu klubu “Rayo Valyekano” olub. Bu komandada ötən mövsümdə La Liqada 8 oyun keçirib.