PSJ-nin Çempionlar Liqasında mübarizəni 1/8 finalda dayandırması Kristof Qaltyeyə olan inamı azaldıb.
"Football-plus.az" xəbər verir ki, klub rəhbərliyi mövsüm sona çatandan sonra baş məşqçi vəzifəsinə Joze Mourinyonu gətirmək istəyir. Fransa mənbələrinin yaydığı xəbərə görə, paytaxt təmsilçisi portuqaliyalı mütəxəssisi hazırkı baş məşqçi Kristof Qaltyenin yerinə əsas namizəd hesab edir. Mourinyo ilə onun həmyerlisi, parislilərin strateji məsələlər üzrə məsləhətçisi olan Luiş Kampuş şəxsən maraqlanır. PSJ rəhbərliyinin fikrincə, 60 yaşlı don Joze klubu Çempionlar Liqasında qələbəyə apara biləcək mütəxəssisdi.
Yeri gəlmişkən, Mourinyonun “Roma” ilə müqaviləsinin müddəti 2024-cü ilin iyul ayına qədərdi. Bəzi mənbələr paytaxt klubunun yayda onu Antonio Konte (Tottenhem) ilə əvəzləmək istədiyini iddia edir.
Qaltyenin yerini kim tuta bilər?
Dünya futbolu





