Millimiz Macarıstana uduzdu

5.06.2026 20:00 29
Ölkə futbolu
Qadın futbolçulardan ibarət yığmamız bu gün dünya çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununa çıxıb.

"Football-plus.az" xəbər verir ki, C Liqasının 3-cü qrupunda yer alan Siyasət Əsgərovun komandası Macarıstanla qarşılaşıb. Matç rəqib kollektivin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qrupun digər matçında Andorra Şimali Makedoniyanı qəbul edəcək. Oyun Bakı vaxtı ilə saat 21.30-da start götürəcək.

Millimiz hazırda qrupda 9 xalla 2-ci, Macarıstan yığması isə 13 xalla 1-ci pillədə qərarlaşıb. Şimali Makedoniyanın 3, Andorranın 1 xalı var.

Dünya çempionatının seçmə mərhələsi
C Liqası, 3-cü qrup
Azərbaycan – Macarıstan - 1:2

K.Əsədova, 74 - Çanyi, 12, V.Nagy, 85