''Beşiktaş''ın yeni məşqçisi İstanbula gəldi

5.06.2026 17:22 33
Dünya futbolu
''Beşiktaş'' baş məşqçi ilə bağlı seçimini etdi. Vinçentso İtalyano ilə aparılan danışıqlar uğurla nəticələndi.

Başqan Sərdal Adalı və idman direktoru Öndər Özən bu gün xüsusi təyyarə ilə yerli vaxtla saat 16.00-da İstanbula gəlib. Tərəflər arasında ikiillik müqavilə imzalanacağı gözlənilir.

Beləliklə, mayın 18-də Sərgən Yalçınla yollarını ayırdıqdan bu yana məşqçisiz olan ''qartal''da əsas məsələ həllini tapdı. Xatırladaq ki, bu məşqçi son klublarında diqqətçəkən nəticələr qazanıb. 48 yaşlı İtalyano ''Fiorentina''nı 2023 və 2024-də Konfrans Liqasının finalına daşıyıb. 2025-də isə ''Bolonya'' bu məşqçi ilə 51 illik həsrətə son qoyaraq İtaliya kubokunu qazanıb.

Təcrübəli məşqçi əsasən 4-3-3 və 4-2-3-1 sistemlərinə üstünlük verir. O, standart italyan məşqçilərdən fərqlənərək komandalarına hücum futbolunu aşılayır.

Karyerasının heç bir dönəmində müdafiəyəmeyilli futbol oynatmayan və ayrı-ayrı futbolçuların inkişafına da nail olan İtalyano ''Spetsiya''nı A seriyasına yüksəltməyi də bacarıb.