Vircil van Diyk İngiltərə premyer-liqasının tarixinə düşüb.
"Football-plus.az" xəbər verir ki, “Liverpul”un 34 yaş 320 günlüyündə olan müdafiəçisi 2025/26 mövsümünün hər bir dəqiqəsini meydanda keçirərək turnirin tarixində bunu bacaran ən yaşlı oyunçu olub.
Vircil mövsüm ərzində liqanın bütün 38 matçında iştirak edib. Ümumilikdə bütün turnirlər daxil olmaqla 55 oyuna çıxıb, hesabına 8 qol və 3 məhsuldar ötürmə yazdırıb.
Xatırladaq ki, Van Diykin komandası mövsümü 5-ci yerdə başa vurub.