Maurisio Poçettino tezliklə istefaya göndəriləcək.
"Football-plus.az" xəbər verir ki, Fransa mənbələri bu hadisənin PSJ-nin prezidenti Nasser Əl-Xelayfinin vətəni Qətərdən Parisə qayıtdıqdan sonra baş verəcəyini bildirir. Bəzi mənbələr rəhbərliyinin argentinalı mütəxəssisin yerində ilk növbədə “Roma”nın baş məşqçisi Joze Mourinyonu görmək istədiyini iddia edir. Paris klubu portuqaliyalı mütəxəssisin İtaliyanı tezliklə tərk etməsi üçün variant axtarışındadı. PSJ-nin yeni idman direktoru Luiş Kampuşun vaxtilə “Real”da birgə işlədiyi Mourinyo ilə münasibətlərinin yaxşı olduğu vurğulanıb. Mourinyo son mövsümdə “Roma”nı Konfrans Liqasında qələbəyə daşıyıb. Bu da var ki, o, şayiələrə baxmayaraq, hazırkı iş yerində qalacağını bəyan edib.
Elə bu səbəbdən hazırda Poçettinonun yerinə ən real namizəd kimi Kristof Qaltyenin adı hallanır. Onun çalışdırdığı “Nitsa” Liqa 1-də son mövsümü 5-ci yerdə başa vurub.