• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Ərəblər Messini milyarder etmək istəyir

Dünya futbolu

5-06-2023, 18:0

Argentinalı ulduzun gələcəyi hazırda futbol xəbərlərində ana xətt kimi keçir. Yeni bilgilərə inansaq, Yaxın Şərqdə onun ilinə 600 milyon avro ödəməyə hazırdılar.

“Football-plus.az” xəbər verir ki, Fransa çempionatının sonuna cəmi bir tur qalır. Bu üzdən Lionel Messinin gələcəyi indi çox fəal şəkildə müzakirə olunur. Çərşənbə axşamı “Foot Mercato” “Əl-Hilal”ın yeni təklif irəli sürdüyünü və argentinalıya ikillik müqaviləyə görə 1,2 milyard avro ödəməyə hazır olduğunu xəbər verməklə yeni informasiya bombası partlatdı. Yəni bu qaynağa inansaq, Messinin Yaxın Şərqdəki hipotetik illik maaşı son vaxtlarda üçüncü dəfə artıb. Xatırladaq ki, apreldə söhbət mövsüm üçün 400 milyon avrodan gedirdi. Mayda məbləğ yarım milyarda qədər qalxdı, indi usə Səudiyyə Ərəbistanı klubu daha 100 milyon artırıb. Bu məbləğ də ulduzun atası Xorxe Messini tam qane edir. Düzdü, dünya futbolunun əsas insayderi sayılan Fabritsio Romano bu xəbəri təsdiqləmir. Onun Fransa qaynağının yaydığı xəbərə reaksiyası yalnız “Əl-Hilal”ın apreldəki təklifini yenidən paylaşmaqdan ibarət oldu. Yəni son günlərdə bu yöndə vəziyyət dəyişməyib və əvvəlki təklif qüvvədədi. Ən önəmli məqam budu ki, Messi yaxın vaxtlarda gələcəyi ilə bağlı qərar verməyi planlaşdırır. Bu o anlama gəlmir ki, qarşıdakı bir neçə gündə Leonun qərarı rəsmi şəkildə açıqlanacaq. Sadəcə, ümumi mahiyyət aydındı. İki il əvvəl “Barselona” ilə müqavilə imzalanması ətrafında yaranan və sonu yaxşı bitməyən tarixçənin təkrarlanmasını nə argentinalı özü, nə də yaxın ətrafı istəyir. Deməli, zaman indi Messi üçün prioritet variant olan Kataloniya klubunun əleyhinə işləyir. Uyğun olaraq, əfsanənin dönüşünü arzulayan “göy-qırmızılar”ın azarkeşləri danışıqlarda tərəqqi ilə bağlı istənilən işarənin, xəbərin həsrətini çəkirlər. Bir də görürsən ki, Messinin uşaqlarının növbəti il üçün Barselona məktəblərində qeydiyyatdan keçdiyi haqda xəbər yayılır. Və ya Leonun xanımı Antonella Rokutsonun əri ilə birgə “Coldplay” qrupunun Barselonada təşkil olunan konsertindən çəkdirdiyi foto sosial şəbəkələrdə azarkeşlərin diqqətini çəkir. Özü də Leo Kataloniya paytaxtına səfər naminə Fransa çempionatının ən yaxşı futbolçularının mükafatlandırılması mərasimindən də boyun qaçırıb və orda əsas mükafat yenidən Kilian Mbeppeyə çatıb.
Reallığa gəlincə, “Barselona” ilə bağlı məsələ yetərincə mürəkkəbdi. Leonun müqaviləsinin La Liqada qeydiyyardan keçiriləcəyi ilə bağlı bütün təminatlar şifahi xarakter daşıyır və qeyri-rəsmidi. Və klub maliyyə durumunu “maliyyə feyr-pleyi”nin tələblərinə uyğunlaşdırana qədər heç nə dəyişməyəcək. Hətta Serxio Busketslə Jordi Albanın klubdan ayrılması da çıxış yolu deyil. Bir tərəfdən, onların yüksək maaşı artıq əməkhaqqı cədvəlindən daş kimi asılmayıb. Amma digər tərəfdən, ikisi də daim doğma klubla üzüyola davranıb və gec-tez onlarla hesablaşmaq lazım gələcək. Deyilənə görə, klubun təkcə Albaya 30 milyon avrodan artıq borcu var. Odu ki, klubu tərk etmək üzrə olan idman direktoru Mateo Alemani iyunun 30-na qədər bir neçə oyunçunu satmaq və Messinin dönüşü ilə bağlı problemi aradan qaldırmaq üçün yorulmadan çalışır. Hərçənd “sabun operası” ifadəsi burda tam yerinə düşür. “Barselona”ya aid transfer xəbərlərinin və şayiələrinin mahiyyətindən xəbərdar olan qaynaqlardan biri iddia edir ki, futbolçunun tərəfi indi hər şeyin klubdan asılı olduğunu, klubda isə bunun tam əksini düşünürlər. Hələ ki qarşılıqlı münasibətlərdə yeni böhran durumu yaranmayıb. Əksinə, Leo və “göy-qırmızılar” bir yerdə olmaq istəyir, ancaq hələ ki ətrafdakı şərtlər bu istəkdən daha güclüdü. Klub hazırda ulduza təklif irəli sürməyə qadir deyil. Argentina qaynaqları da bu üzdən vəziyyəti gərginləşdirir. “TyC Sports”a inansaq, “Barsa” ilə bağlı vəziyyət o qədər mürəkkəbdi ki, iş hətta rəsmi təklifə qədər uzanmaya da bilər. Hər halda, Messinin prioritetləri dəyişməyib. O, ən azı 2024-cü ildə keçiriləcək Amerika Kubokuna qədər Avropada çıxış etmək niyyətindədi. “Köhnə qitə”nin başqa klublarından olan təkliflərə isə yalnız “Barsa”nın problemi həllini tapmayacağı təqdirdə baxacaq. “Dario Ole” iddia edir ki, belədə premyer-liqa klublarının təklifləri daha real çalar alacaq. Mövzuya belə yekun vura bilərik: Leo hələ ki daha ciddi səviyyədə karyerasını davam etdirməyə meyillidi, nəinki ərəblərin milyardına tamah salmağa!

Dünyanın ən yüksək ödənişli idmançıları
(“Forbes”in versiyasına görə)
idmançı idman növü məbləğ*
1. Kriştiano Ronaldo futbol 136
2. Lionel Messi futbol 130
3. Kilian Mbappe futbol 120
4. Lebron Ceyms basketbol 119,5
5. Kanelo Alvares boks 110
6. Dastin Conson qolf 107
7. Fil Mikelson qolf 106
8. Stiven Karri basketbol 100,4
9. Rocer Federer tennis 95,1
10. Kevin Dürant basketbol 89,1
* - hər il üçün milyon dollarla.
Bu il mayın 2-nə olan durum.

Yeri gəlmişkən...
Srağagün PSJ-nin düşərgəsindən gələn iki açıqlama Messi ətrafındakı duruma bir qədər də müəmma qatdı. Günorta saatlarında baş məşqçi Kristof Qaltye mediaya belə dedi: "Sabah "Klermon"la oyun Messinin komandadakı son matçı olacaq".
Axşam saatlarında isə paytaxt klubu bu açıqlamanı təkzib etdi: “Qaltye vəziyyəti düzgün ifadə etməyib. O, "Klermon"la matçın Messi və PSJ üçün cari mövsümdə sonuncu olacağını nəzərdə tutub".
Bu gün son gündü...

Messinin taleyi ilə bağlı başqa bir maraqlı xəbər də var. Artıq bazar ertəsi “Barselona” onun müqaviləsini qeydiyyatdan keçirə bilər. İnsayder Jerar Romeronun yaydığı xəbərə inansaq, La Liqanın rəhbərliyi “Barsa”nın iqtisadi planını nəzərdən keçirib və həftənin ilk iş günündə onu təsdiqləməyi planlaşdırır. La Liqa təmsilçiləri Lionelin atası və agenti Xorxe Messi ilə əlaqə saxlayaraq iyunun 5-nə qədər möhlət istəyib. Ata Messi isə cavab verib ki, PSJ-nin forvardı “Barsa” ilə sövdələşməni mümkün qədər tez bitirmək istəyir, ancaq hər şey hüquqi cəhətdən 100 faiz yerində olmalıdı.

Paylaş:
Digər xəbərlər

Maraqlı

3-05-2023, 15:0

Messi Səudiyyə Ərəbistanına niyə gedib?

Dünya futbolu

22-05-2023, 23:0

Messiyə fantastik təklif edildi

DÇ 2026

19-11-2022, 22:0

DÇ-2022-nin ən bahalı milliləri açıqlandı

Dünya futbolu

17-07-2022, 23:0

“Bavariya” 75 milyon verir, “Yuventus” 90 milyon istəyir

Dünya futbolu

15-01-2023, 21:0

Messi də Səudiyyə Ərəbistanında oynayacaq?

Dünya futbolu

16-07-2022, 16:0

Məsut Özilin yeni klubu ilə müqaviləsinin detalları

Aktual
“Məsələ günahkar axtarmaq yox, oyunu necə xilas etməyi düşünməkdi” - Şahin Diniyev “Neftçi”yə inanır
“Səbail” Türkiyəyə gedir, amma burda yeri yoxdu
ÇSKA-nın “Qarabağ”la “sülh”ü buzları əritdi – komanda ölkəsində tərif eşitdi
Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
“Araz-Naxçıvan”ın stadion axtarışıyla bağlı son durum – Bakı, yoxsa bölgələrdən biri?
Elvin start heyətinə qayıtsın! – bu qədər umu-küsü bəs deyil?
Son xəbərlər
  • Bu gün, 12:27
    “Məsələ günahkar axtarmaq yox, oyunu necə xilas etməyi düşünməkdi” - Şahin Diniyev “Neftçi”yə inanır
  • Bu gün, 12:01
    İngiltərə futbolunda böyük itki
  • Bu gün, 11:33
    Qarsiyaya xələf olacaq
  • Bu gün, 11:00
    Dünya çempionu əməliyyat olunacaq
  • Bu gün, 10:30
    Klubu ilə yenidən anlaşdı
  • Bu gün, 10:00
    Göz yaşlarını saxlaya bilmədi
  • Bu gün, 00:47
    "Neftçi" PAOK-a uduzdu, mübarizəni dayandırdı
  • Bu gün, 00:20
    İtaliya klubunda yeni müqavilə
  • Dünən, 23:50
    İngiltərə klubunda yeni oyunçu
  • Dünən, 22:54
    “Məncə, problem təkcə nəticələrdə deyil” - azarkeşlər avrokubok oyunlarına niyə maraq göstərmir?
  • Dünən, 22:13
    London klubunda yeni oyunçu
  • Dünən, 21:44
    Birmingemdən Londona yollandı
  • Dünən, 21:12
    Qattuzonun yerini o tutacaq
  • Dünən, 20:41
    Milli komandanı tərk edəcək
  • Dünən, 20:00
    “Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
  • Dünən, 19:41
    Millimiz ilk qrup qələbəsini qazandı - AÇ
  • Dünən, 19:01
    “Səbail” Türkiyəyə gedir, amma burda yeri yoxdu
  • Dünən, 18:40
    ÇSKA-nın “Qarabağ”la “sülh”ü buzları əritdi – komanda ölkəsində tərif eşitdi
  • Dünən, 18:19
    Nunyeslə Salahın yolu bu dəfə İstanbulda kəsişə bilər
  • Dünən, 17:58
    Milandan Turinə yollana bilər
  • Dünən, 16:31
    "Neftçi" Yunanıstan klubuna qarşı - ÇL
  • Dünən, 16:01
    Romadan Milana üz tuta bilər
  • Dünən, 15:30
    Salahın bir ayağı artıq ''Beşiktaş''dadı!
  • Dünən, 14:51
    ÇSKA “Qarabağ”la oyun üçün biletləri satışa çıxardı – bizim azarkeşlər üçün sərbəst satış olmayacaq!
  • Dünən, 14:20
    ''Qalatasaray'' A seriyasının debütantına uduzdu
  • Dünən, 13:59
    Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
  • Dünən, 13:28
    Urfan Abbasov "Kəpəz"də
  • Dünən, 12:57
    Bakıdakı oyun avrokuboklarda TOP-5-də
  • Dünən, 12:30
    "Qəbələ" "Şəfa" ilə üz-üzə gəlir
  • Dünən, 11:59
    "Qarabağ"ı Sofiyada dəstəkləmək istəyənlər üçün biletlər satışda
  • Dünən, 11:28
    Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
  • Dünən, 11:21
    Bakıda Avropa Cüdo Ümidləri turnirinə start verildi
  • Dünən, 10:58
    “Araz-Naxçıvan”ın stadion axtarışıyla bağlı son durum – Bakı, yoxsa bölgələrdən biri?
  • Dünən, 10:31
    “1–2 il ərzində idmançılarımızdan daha böyük uğurlar gözləmək mümkündü“ - Natiq Bağırov
  • Dünən, 10:25
    “Belə tədbirlərin keçirilməsi çox vacibdi“ - Rüstəm Orucov
Daha çox
Oxunub: 207
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 165
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 141
Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
Oxunub: 122
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 98
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Oxunub: 91
“Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə