“Transfermarkt” DÇ-2022-nin ən bahalı milli komandalarının siyahısını açıqlayıb.
"Football-plus.az" xəbər verir ki, birinci yerdə İngiltərə millisi qərarlaşıb. Komandanın heyətinin dəyəri 1,26 milyard avro olaraq qiymətləndirilir.Braziliya 2-ci (1,14 milyard avro), Fransa 3-cü (1,03 milyard avro) olub.
İlk 10-luq
1. İngiltərə - 1,26 milyard avro
2. Braziliya - 1,14 milyard avro
3. Fransa - 1,03 milyard avro
4. Portuqaliya - 937 milyon avro
5. Almaniya - 886 milyon avro
6. İspaniya - 877 milyon avro
7. Argentina - 645 milyon avro
8. Niderland - 587 milyon avro
9. Belçika - 563 milyon avro
10. Uruqvay - 450 milyon avro
Qeyd edək ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək Qətərdə keçiriləcək.