Çoxdan gözlənilən hadisə baş verib: Filip Nevill “İnter Mayami”dən qovulub.
"Football-plus.az" xəbər verir ki, ingiltərəli mütəxəssisin ABŞ klubu ilə əməkdaşlığı təxminən 2 il 5 ay çəkib.
46 yaşlı mütəxəssis baş məşqçi vəzifəsinə 2021-ci il yanvarın 18-də təyinat almışdı. Nevillin vəzifəsindən azad edilməsinə komandanın cari mövsümdəki zəif çıxışı səbəb olub.
“İnter Mayami” hazırda MLS-in Şərq Konfransında 15 oyuna 15 xalla sonuncu – 15-ci yeri tutur. Yerli mənbələr rəhbərliyin qərarını həm də klubun Lionel Messini Amerikaya gətirmək planı ilə əlaəqələndirir.
Təsadüfi deyil ki, Nevill postundan məhz ulduz futbolçunun mövsümün sonunda PSJ-dən ayrılacağı ilə bağlı xəbərin yayılmasından sonra kənarlaşdırılıb.
Rəhbərlik “İnter Mayami”ni dünya çempionu üçün cəlbedici komanda etmək niyyəti ilə baş məşqçi vəzifəsinə tanınmış və titullu mütəxəssisin təyinatını vacib sayır.
Nevill “İnter Mayami”dən qovuldu
Dünya futbolu




