Lionel Messinin yeni mövsümə harda başlayacağı hələ ki məlum deyil. Ya İspaniyaya qayıdacaq, ya da Kriştiano Ronalonun top qovduğu Səudiyyə Ərəbistanında oynayacaq.
"Football-plus.az" xəbər verir ki, Asiya ölkəsinin “Əl-Hilal” klubu PSJ-nin hücumçusuna daha cəlbedici təklif irəli sürüb. “Goal” portalının yaydığı xəbərə görə, müqavilənin məbləği bir mövsüm üçün 500 milyon avroya yüksəlib! “Əl-Hilal” Messinin “Əl-Nəssr”in hücumçusu Ronaldo ilə eyni liqada oynamasında maraqlı olduğundan argentinalı oyunçuya rekord məbləğdə təklif göndərib. Xəbərdə Messinin hələ də “Barselona”ya qayıtmağı düşündüyü də qeyd edilib. 35 yaşlı dünya çempionu gələcəyi ilə bağlı qərarı mayın sonuna qədər verəcək.
Messinin PSJ ilə müqaviləsinin müddəti bu yay bitəcək. O, sona çatmaqda olan mövsümdə klubu ilə bütün turnirlərdə 38 oyuna çıxıb, 20 qol vurub və 19 məhsuldar ötürmə verib.