• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

İlham Allahverdiyev: “Aylıq cəmi 512 manata qol çəkib futbol oynayırdım”

Ölkə futbolu / Manşet

29-05-2023, 23:0

AFFA İntizam Komitəsinin srağagün keçirilən iclasında danışılmış oyunlarda iştirak etmiş 6 futbolçu cəzalandırılıb.

Onların hər biri MOİK-in üzvləri və ya vaxtilə ordu klubunun şərəfini qoruyanlardı. Kamil Hüseynov, İlham Allahverdiyev, Rüstəm Rüstəmov, Elşən Veysov, “hərbçilər”in sabiq üzvü Qabil Sabirli, MOİK-in formasını geymiş, hazırda “Araz Naxçıvan”ın qapıçısı olan Fərman Bayramovun danışılmış oyunlar barədə xəbərdar olduğu halda müvafiq orqanlara məlumat vermədiyinə görə 2 il müddətinə (1 il 6 ay şərti olmaqla) futbolla bağlı hansısa fəaliyyətlə məşğul olmalarına qadağa qoyulub. 16.08.1988-ci il təvəllüdlü Hüseynov Samir Azər oğlu isə danışılmış oyunların təşkilinə görə futbolla bağlı hər hansı fəaliyyətdən ömürlük məhrum edilərək AFFA və PFL bayrağı altında keçirilən oyunlarda stadiona daxil olması qadağan edilib.

Xatırlayırsızsa, hələ bir neçə ay öncə, daha dəqiq desək, ötən ilin dekabrında “Futbol+” olaraq, sözügedən qarşılaşmanın qumara qoyulduğu barədə xəbər yaymışdıq. Ondan bir müddət sonra, 2023-cü ilin yanvarında AFFA İntizam Komitəsi adı çəkilən oyunda neqativ olayın yaşandığını etiraf etmiş, Emin Mehdiyevlə Fərmail Əliyevi ömürlük futboldan uzaqlaşdırmışdı. Görünür, çürük ağacın kökü çox dərinə işlədiyindən araşdırmalar indiyə kimi davam edib və sonda 6 futbolçu ilə bağlı qərar qəbul edilib. Ancaq Eminlə Fərmaildən fərqli, bu 6 şəxs canını çox ucuz qutarıb desək, yanılmarıq. Oyun satmaq cinayətdisə, cinayəti bilib gizlədən də məsuliyyət daşıyır. Bəs nəyə görə AFFA bu 6 nəfərə münasibətdə yumşaq davranıb?

Bu sual ətrafında araşdırma aparırdıq ki, məsələ ilə bağlı müəyyən məlumatlar əldə etdik. Başverənlərdən məlumatlı, ancaq adının anonim saxlanılmasını istəyən şəxs bildirdi ki, Kamil Hüseynov, İlham Allahverdiyev, Rüstəm Rüstəmov, Elşən Veysov, Qabil Sabirli və Fərman Bayramov əslində Emin Mehdiyevin “tələsinə” düşüblər:

“Maklerlə danışığa gedən Emin Mehdiyev olub. O 6 futbolçunu qəlyan çəkmək adı ilə çay evlərinin birinə dəvət edib. Həmin vaxt makler kənardan onların söhbətini telefonla videoya çəkib. Emin bununla bu işdə daha çox futbolçunun olduğunu göstərmək, qarşılığında maklerdən daha çox pul qopartmaq niyyətində olub. Ancaq görüşə dəvət etdiklərinin heç biri çirkin əmələ razılıq verməyib. Maklerin isə bundan xəbəri olmayıb. Elə zənn edib ki, çay evinə gələnlərin hamısı Mehdiyevlə razılaşıb. Sonda Eminin tələb etdiyi məbləği ona ötürüb. Toplantıda iştirak edənlər isə “yox” cavabı verdiklərindən elə başa düşüblər ki, söhbət bağlanıb və Mehdiyevin razılaşması alınmayıb. Yoldaşlıq xatirinə də bu barədə heç kimə heç nə deməyiblər. “Səbail”lə məlum görüşdə də heç nədən xəbərsiz tam gücləri ilə oynayıblar. Nə bilsinlər ki, Fərmaillə Emin komanda yoldaşlarına qarşı belə əclaflıq edəcək. Çox qəribədi ki, Elşən Veysov, ümumiyyətlə, cəzalı olduğundan “Səbail”lə oyunu buraxıb. Ancaq İntizam Komitəsi bu məqamı da nəzərə almayıb. Cəzalı olan oyunçu necə oyun sata bilər? Yaşananlara görə bu uşaqların heç birinin günahı yoxdu”.


Başverənlərlə bağlı adı cəzalananlar arasında olan İlham Allahverdiyevlə danışdıq. Təcrübəli futbolçu məlum görüşün detallarını açıqladı:
“Vurğuladığınız görüşdə mən də olmuşam. Bizi kimin kənardan çəkdiyini bilmirəm. Cəzalananlar arasında adı olan Samir Hüseynovu, ümumiyyətlə, tanımıram. Əyləşdiyimiz süfrədə adını dəqiq bilmədiyim, ancaq hamının “Ceka” çağırdığı Rusiya vətəndaşı oturmuşdu. O ara-sıra kiminləsə rus dilində danışırdı. Hiss edirdim ki, danışan vaxt telefonu sinəsinə tutur. Ancaq o qədər dərinə getmədim. Rus dilində mənə “kubok, “Səbail” adları çəkdi. Söhbəti tam anlamasam da, hiss etdim ki, nəsə oyunun hesabının razılaşdırılması ilə bağlı danışır. Ona konkret “net” deyib, ordan uzaqlaşdım. Bunların hamısını izahatımda göstərmişəm. Seymur Səlimli ilə söhbətdə mənə Cekanı tanıyıb-tanımadığım soruşdu. Ona da belə birini tanımadığımı, ilk dəfə gördüyümü söylədim. Seymur müəllimin sözlərinə görə, vaxtilə “Səbail”də oynayıb. Heç bilmədim ki, oyunun necə qutarmasını istəyirlər. Sonradan öyrəndim ki, matçda 5 qol olmalıymış. Sonradan bu barədə klub rəhbərliyinə və aidiyyatı qurumlara məlumat verdim. Sizcə, mənim günahım olsaydı, sonrakı oyunlarda meydana çıxmağıma imkan verərdilər? Həmin vaxt səhv etmirəmsə, 14 qolum var idi. Ondan sonrakı matçlarda daha 3 dəfə fərqləndim. Mənə ən çox yer edən adımın oyun alğı-satqısında hallanmasıdı. Bir neçə klubla danışıq aparırdım, mövsümlərarası fasilədə daha yaxşı şərtlərlə yeni kluba keçə bilərdim. Ancaq qismət olmadı. Ailəli adamam, futbolsuz qalmaq ümumi durumuma mənfi təsir göstərəcək. Bəlkə də böyük maaşa futbol oynasaydım, 6 ay kənarda qalmağıma o qədər də üzülməzdim. Amma indiki vəziyyətdə çox çətin olacaq. Aylıq cəmi 512 manata qol çəkib futbol oynayırdım. Gənclərə də məsləhətim odu ki, oturub-durduqları adamlara diqqət yetirsinlər. Bu qardaşdı, o biri dostdu deyib, mənim kimi özlərini “yandırmasınlar”. Bilsinlər ki, bəzən zarafatdı deyib, o qədər də ciddi fikir vermədikləri sözlər sonradan onların karyeralarına ciddi təsir edə bilər”.


“Futbol+”ə açıqlama verən MOİK-in məşqçisi Qəzənfər Abbasov isə bunları söylədi: “
Oyun keçirilən gündən bəri AFFA tərəfindən araşdırma başlamışdı. Nəhayət, bu gün yekun qərar verildi. Bu elə hadisədi ki, sözügedən futbolçular karyeraları nəzərə alınmadan cəzalandırılmalıydılar. AFFA-nın qərarı haqlıdı, bunu müzakirə etməyə dəyməz. Elə oyunçu yoxdu ki, əvəz etmək mümkün olmasın. Biz yola başqa futbolçularla da davam edə bilərik. Söhbətin hansı oyundan getdiyinə gəlincə, bu haqda futbolçuların özündən soruşdum. Dedilər, ölkə kubokunun 2022/23 mövsümünün 1/8 finalının MOİK - "Səbail" (0:4) qarşılaşmasından gedir".


Ordu klubunun sabiq çalışdırıcısı, “Səbail” ilə məlum qarşılaşmada komandanın “sükanı arxasında” olan Şəhriyar Məmmədov isə güvəndiyi futbolçulardan bunu gözləmədiyini söylədi:
“Çox təəccübləndim. Güvənib etibar etdiyim futbolçuların belə hərəkətə yol verməsi məni məyus etdi. Dilim-dodağım qurudu. Fərmayıl Əliyevlə Emin Mehtiyev kimi futbolçuların futboldan ömürlük uzaqlaşdırılmasının hələ də şokunda olarkən bu xəbər məni yıxdı. Hər biri hörmət etdiyim bacarıqlı oyunçular idi. İnanın, nə deyəcəyimi bilmirəm
".

İntizam Komitəsinin sədri Erkin Hüseynov və UEFA-nın danışılmış oyunlarla bağlı Azərbaycan üzrə nümayəndəsi Seymur Səlimli ilə danışmaq istəsək də, zənglərimiz cavabsız qaldı.

RƏŞAD

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Manşet

25-05-2023, 15:0

AFFA 6 futbolçunu oyun alğı-satqısına görə futboldan uzaqlaşdırıldı

1-ci liqa / Manşet

25-05-2023, 20:0

“Çox təəccübləndim, dilim-dodağım qurudu” – danışılmış oyunla bağlı növbəti açıqlama

Ölkə futbolu / Manşet

25-05-2023, 17:0

“Futbolçular oyunun nəticəsinin əvvəlcədən razılaşdırıldığını etiraf etdi” – MOİK-in baş məşqçisindən açıqlama

Premyer-liqa / Manşet

25-05-2023, 16:0

MOİK futbolçuları hansı oyunu qumara qoyub?

1-ci liqa / Manşet

28-05-2023, 21:0

"Araz Naxçıvan" onunla müqaviləni yeniləməyəcək - AÇIQLAMA

Ölkə futbolu / Manşet

19-01-2023, 15:0

"Futbol+"in xəbəri təsdiqləndi: iki oyunçu futboldan ömürlük uzaqlaşdırıldı!

Aktual
“Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
"Hapoel" “Sabah”a rəqib oldu
“Kimsə mənim hansısa məkanda nəsə qeyd etdiyimi görüb?” – Dambrauskas jurnalistlərə sual verdi
“Öz səhvlərimiz üzündən uduzduq” – “Orhus”un baş məşqçisi kürəyini yerə vurmadı
“Sabah”ın start heyətində sürpriz ad: Dambrauskas ona yox, Mbinaya güvəndi!
"Sabah"ın oyununun hakimi "Neftçi"yə qənim, "Qarabağ"a dost olub...
Son xəbərlər
  • Bu gün, 00:08
    “Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
  • Dünən, 23:56
    Diqqət, diqqət: “Turan Tovuz” elektron bilet sisteminə keçdi!
  • Dünən, 23:35
    "Hapoel" “Sabah”a rəqib oldu
  • Dünən, 23:30
    “Kimsə mənim hansısa məkanda nəsə qeyd etdiyimi görüb?” – Dambrauskas jurnalistlərə sual verdi
  • Dünən, 22:51
    “Öz səhvlərimiz üzündən uduzduq” – “Orhus”un baş məşqçisi kürəyini yerə vurmadı
  • Dünən, 22:25
    Ramiz Məmmədov keçmiş komandasını darmadağın etdi
  • Dünən, 21:54
    "Sabah" ÇL-nin pley-off mərhələsində! - YENİLƏNİB
  • Dünən, 21:27
    Parisdən Madridə yollandı
  • Dünən, 20:56
    "Neftçi" macarıstanlı yarımmüdafiəçi transfer etdi
  • Dünən, 20:25
    Gözlənilən keçid rəsmiləşdi
  • Dünən, 19:54
    Yenidən paytaxt klubuna xidmət edəcək
  • Dünən, 19:33
    Rəşad Əzizli "Kəpəz"də
  • Dünən, 19:08
    “Sabah”ın start heyətində sürpriz ad: Dambrauskas ona yox, Mbinaya güvəndi!
  • Dünən, 19:02
    "Sabah" - "Orhus": START HEYƏTLƏRİ
  • Dünən, 18:56
    MS-ni tərk edə bilər
  • Dünən, 18:26
    "Sabah"ın oyununun hakimi "Neftçi"yə qənim, "Qarabağ"a dost olub...
  • Dünən, 17:55
    Mançesterdən Madridə yollandı
  • Dünən, 17:24
    "Uzun müddətdi heyət seçimi baxımından bu qədər əla vəziyyətdə deyildik" - Poulsen "Sabah"ı keçəcəklərinə əmindi
  • Dünən, 16:53
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 16:22
    Tribunalar "Sabah" üçün dolacaq... - bəs neçə danimarkalı olacaq?
  • Dünən, 16:00
    “Qol imkanlarımız kifayət qədər olacaq” - “Sabah” Danimarkadakının davamını oynasın, yoxsa dəyişsin?
  • Dünən, 15:29
    "Orhus" Masazırda da favoritdi - lakin "bayquşlar"ın qələbə qazanmaq ehtimalı artıb!
  • Dünən, 14:58
    Birmingemdən Londona yollandı
  • Dünən, 14:23
    "Sabah" - "Orhus" oyunu üçün bilet tükəndi! - Masazırda iynə atsaz, yerə düşməyəcək...
  • Dünən, 13:58
    ''Trabzonspor'' öz yetirməsini BƏƏ təmsilçisinə satdı
  • Dünən, 13:27
    AFFA-da yeni qaydalar açıqlandı – əvəzetmələrlə bağlı mühüm dəyişiklik
  • Dünən, 12:56
    "Kəpəz" nigeriyalı yarımmüdafiəçi transfer etdi
  • Dünən, 12:25
    ''Real''ın yeni transferi Arda Gülər haqda nə dedi?
  • Dünən, 11:54
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 11:23
    "Qurban müəllimin futbol düşüncəsinə tam güvənirəm" - Tahir Gözəl
  • Dünən, 10:52
    "Hesabda öndəyiksə, Bakıda bunu məntiqi sonluğa çatdırmalıyıq" - Kostyukdan "Qarabağ" açıqlaması
  • Dünən, 10:31
    "Qəbələ" braziliyalı müdafiəçi aldı
  • Dünən, 10:00
    Yaşıl meydana oktyabrda dönəcək
  • 10-08-2026, 23:0
    "Kəpəz" "Baku Sportinq"in futbolçusunu aldı
  • 10-08-2026, 23:0
    Klopp Salahın Türkiyə ilə bağlı qərarı haqda nələr dedi?
Daha çox
Oxunub: 282
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 131
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 103
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
Oxunub: 103
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 102
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə