Con Stounzun “İnter”ə keçidi rəsmiləşib.
"Football-plus.az" xəbər verir ki, bu yay “Mançester Siti”dən ayrılan müdafiəçinin transferi açıqlanıb. 32 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb. İngiltərəli futbolçu “İnter”ə azad agent statusunda qoşulub.
Con “Mançester Siti”də 2016-cı ildən çıxış edirdi. O, ötən müddətdə 295 oyunda 19 qol vurub, 9 məhsuldar ötürmə edib, 6 dəfə premyer-liqanın, həmçinin Çempionlar Liqası və Klublararası Dünya Çempionatının qalibi olub.