MOİK futbolçuları hansı oyunu qumara qoyub?

25.05.2023 16:45 1 427
Premyer-liqa / Manşet
Bildiyiniz kimi, AFFA İntizam Komitəsi MOİK-in 6 futbolçusu - Kamil Hüseynov, İlham Allahverdiyev, Rüstəm Rüstəmov, Qabil Sabirli, Fərman Bayramov, Elşən Veysov 2 il müddətinə, Samir Hüseynov isə ömürlük futboldan uzaqlaşdırılıb.

Futbolçuları başa düşdük ki, "hərbçilər"in üzvü olublar. Bəs, Samir Hüseynov kimdi. Həmin şəxslə bağlı redaksiyamıza maraqlı informasiya daxil olub.

"Football-plus.az" xəbər verir ki, Samir Hüseynov əvvəllər həvəskar şəkildə futbolla məşğul olub. Daha sonra isə menecer kimi fəaliyyət göstərib. Daha sonra asan pul qazanmaq üçün oyun alğı-satqısı işlərinin "makler"liyi etməyə başlayıb. Bu səbəbdən də AFFA İntizam Komitəsi həmin şəxsi futboldan ömürlük uzaqlaşdırıb.

Bəs, MOİK-in üzvləri hansı görüşü qumara qoyub? Bununla da bağlı redaksiyamıza informasiya daxil olub. Söhbət Azərbaycan kubokunun 2022/23 mövsümün 1/8 finalının "MOİK" - "Səbail" (0:4) görüşündən gedir. Lakin bu prosesdə "dənizçilər" iştirak etməyib.

İLKİN SULTANLI