• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Qol imkanlarımız kifayət qədər olacaq” - “Sabah” Danimarkadakının davamını oynasın, yoxsa dəyişsin?

Aktual / Avrokuboklar

Bu gün, 16:00

“Sabah” bu gün Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab görüşündə “Orhus”la qarşılaşacaq.

Səfər oyununda Danimarka çempionu 2:1 hesabıyla qalib gəlmişdi. Bəs Valdas Dambrauskas evdə nəyi dəyişməlidi? Bu oyun Randersdəkini davamı olmalıdı, yoxsa “Sabah” erkən qol vurmaq, qələbə qazanmaq üçün ilk dəqiqələrdən irəli atılmalıdı?

“Football-plus.az” bu suallara cavab tapmaq üçün Aslan Kərimovla əlaqə saxlayıb:

“Məncə, nəyisə dəyişməyə ehtiyac yoxdu. Çünki Danimarkadakı oyun “Sabah”ın həm üstün, həm də zəif tərəflərini göstərdi. Təbii ki, rəqibin də üstün və zəif cəhətləri üzə çıxdı. Dambrauskas və məşqçilər heyəti həmin oyunu yaxşı təhlil edib. Dəyişiklik etmək əvəzinə qoyulan tapşırığı, taktiki planı sona qədər yerinə yetirmək lazım gələcək. Məncə, Bakıda düşünülmüş şəkildə ilk oyunun davamını görməliyik. Sadəcə, orda buraxdığımız səhvləri təkrarlamamalıyıq. Hesab edirəm ki, “Sabah”ın strategiya baxımından ciddi bir səhvi yox idi. Yəni “düzgün mövqe seçmədilər”, “geridə oturmalıydılar, amma irəli çıxdılar” deyə biləcəyimiz səhvlər olmadı. Ona görə Bakıda da ilk oyunun davamını oynayacaqlar. Bununla belə, bir qədər ehtiyatlı olmalıdılar. İlk növbədə rəqibə pressinq edərkən diqqətli olmaq lazımdı. Çünki orda pressinq zamanı iki yarımmüdafiəçimiz də önə çıxırdı. Nəticədə istər-istəməz rəqib xətlər arasında rahat şəkildə açılır və bizə çətin anlar yaşadırdı. Burda nəyisə dəyişməkdən çox bir qədər daha diqqətli olmaq lazımdı. Yarımmüdafiəçilər həddən artıq önə çıxmamalıdı. Rəqibin üstün tərəflərindən biri olan keçidlərinə də çox diqqət etməliyik. Çünki Bakıda topu geri qaytarmaq üçün daim rəqibə təzyiq göstərməliyik. Təzyiq isə oyunçu qüvvəsi hesabına yaranır. Yəni geridə olan oyunçulardan hansısa birini bir qədər önə çəkirsən. Amma önə çəkdiyin zaman müdafiədə boşluqlar yarana bilər. “Sabah”ın üstün tərəflərindən biri də cinah müdafiəçilərinin hücuma həddən artıq fəal dəstək verməsidi. Bu fəallıq sayəsində qol imkanları yaradırlar. Riskin qarşısını almaq üçün futbolçular rəqibin əks-hücumlarına düzgün reaksiya verməlidilər. O cümlədən, rəqibin standart vəziyyətlərində də diqqətli olmalıdılar. Birinci oyunda aut atışlarının nə qədər təhlükəli olduğu göründü. Künc zərbələri də birbaşa qol imkanı yarada biləcək vəziyyətlərdi. Buna da bir qədər diqqətli yanaşmaq lazımdı. Daha diqqətli və konsentrasiyalı oynamaq lazımdı. Məsələn, Danimarkada Solvetin mövqeyini ani tərk edib, həddən artıq önə çıxması bilavasitə qolla nəticələndi. Ona görə belə məqamlarda daha diqqətli olmalıyıq.

Rəqibimiz kiçik səhvlərdən istifadə etməyi bacarır. “Sabah” isə yetərincə effektli və təhlükəli hücumlar qurmağı bacarır. Xüsusilə cinah oyunçuları çox fəaldı. Ortada oynayan İsayev də, məsələn, belə ötürmələr etməyi bacaran futbolçudu.

Qol imkanlarımız kifayət qədər olacaq. Sadəcə, həmin imkanları reallaşdırmaq baxımından problemlər yaşayırıq. Mən bunu hər yerdə deyirəm: “Sabah” ilk iki mərhələdə bəlkə də bir mövsümə bəs edəcək qədər qol vəziyyəti yaradıb, amma bunlardan az istifadə edib. Bu oyun elə oyundu ki, həmin qol imkanlarından maksimum dərəcədə istifadə etməlidilər”.


İSRAYIL XEYRULLAYEV

Paylaş:
Digər xəbərlər

Avrokuboklar / Aktual

5-08-2026, 19:0

“Orhus” bir çox halda hücuma 7-8 futbolçu ilə keçir” – Dambrauskas rəqibin zəif cəhətlərini də tapıb

Avrokuboklar / Manşet

4-08-2026, 22:0

"Oyuna həqiqətən də çox ciddi və yaxşı hazırlaşmışıq" - Valdas Dambrauskas

Avrokuboklar / Manşet

6-08-2026, 00:0

"Rəqibin bu qələbəyə tam layiq olduğunu düşünmürəm" - Valdas Dambrauskas

Avrokuboklar / Manşet

20-07-2026, 19:0

"Amma bunu meydançada sübut etmək lazımdı" - Valdas Dambrauskas

Avrokuboklar / Manşet

Dünən, 18:45

"Sabah azarkeşlərimizin köməyi və dəstəyi ilə mərhələ keçəcəyik" – Valdas Dambrauskas söz verdi

Konfrans Liqası / Manşet

24-07-2025, 10:0

"Əlbəttə, biz bura sadəcə oynamağa gəlməmişik" - Valdas Dambrauskar

Aktual
Tribunalar "Sabah" üçün dolacaq... - bəs neçə danimarkalı olacaq?
“Qol imkanlarımız kifayət qədər olacaq” - “Sabah” Danimarkadakının davamını oynasın, yoxsa dəyişsin?
"Orhus" Masazırda da favoritdi - lakin "bayquşlar"ın qələbə qazanmaq ehtimalı artıb!
"Sabah" - "Orhus" oyunu üçün bilet tükəndi! - Masazırda iynə atsaz, yerə düşməyəcək...
"Hesabda öndəyiksə, Bakıda bunu məntiqi sonluğa çatdırmalıyıq" - Kostyukdan "Qarabağ" açıqlaması
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Son xəbərlər
  • Bu gün, 16:22
    Tribunalar "Sabah" üçün dolacaq... - bəs neçə danimarkalı olacaq?
  • Bu gün, 16:00
    “Qol imkanlarımız kifayət qədər olacaq” - “Sabah” Danimarkadakının davamını oynasın, yoxsa dəyişsin?
  • Bu gün, 15:29
    "Orhus" Masazırda da favoritdi - lakin "bayquşlar"ın qələbə qazanmaq ehtimalı artıb!
  • Bu gün, 14:58
    Birmingemdən Londona yollandı
  • Bu gün, 14:23
    "Sabah" - "Orhus" oyunu üçün bilet tükəndi! - Masazırda iynə atsaz, yerə düşməyəcək...
  • Bu gün, 13:58
    ''Trabzonspor'' öz yetirməsini BƏƏ təmsilçisinə satdı
  • Bu gün, 13:27
    AFFA-da yeni qaydalar açıqlandı – əvəzetmələrlə bağlı mühüm dəyişiklik
  • Bu gün, 12:56
    "Kəpəz" nigeriyalı yarımmüdafiəçi transfer etdi
  • Bu gün, 12:25
    ''Real''ın yeni transferi Arda Gülər haqda nə dedi?
  • Bu gün, 11:54
    İngiltərədə iş yerini dəyişə bilər
  • Bu gün, 11:23
    "Qurban müəllimin futbol düşüncəsinə tam güvənirəm" - Tahir Gözəl
  • Bu gün, 10:52
    "Hesabda öndəyiksə, Bakıda bunu məntiqi sonluğa çatdırmalıyıq" - Kostyukdan "Qarabağ" açıqlaması
  • Bu gün, 10:31
    "Qəbələ" braziliyalı müdafiəçi aldı
  • Bu gün, 10:00
    Yaşıl meydana oktyabrda dönəcək
  • Dünən, 23:57
    "Kəpəz" "Baku Sportinq"in futbolçusunu aldı
  • Dünən, 23:37
    Klopp Salahın Türkiyə ilə bağlı qərarı haqda nələr dedi?
  • Dünən, 23:05
    ''Qalatasaray'' evdə uduzdu
  • Dünən, 22:33
    Asiyadan Avropaya qayıdır
  • Dünən, 22:00
    Ederson iddiaları təkzib etsə də...
  • Dünən, 21:38
    “Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
  • Dünən, 21:00
    Namiq Ələsgərov "Kəpəz"də
  • Dünən, 19:47
    İngiltərədə iş yerini dəyişəcək
  • Dünən, 19:16
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 18:45
    "Sabah azarkeşlərimizin köməyi və dəstəyi ilə mərhələ keçəcəyik" – Valdas Dambrauskas söz verdi
  • Dünən, 18:36
    “Evdəki görüşə səfərdəkindən daha yaxşı hazırlaşmışıq” – İvan Lepinitsa
  • Dünən, 18:00
    Şimali Amerikaya yollandı
  • Dünən, 17:32
    Fransada klubunu dəyişəcək
  • Dünən, 17:00
    Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək
  • Dünən, 16:30
    Boyan Letiç "Araz-Naxçıvan"da
  • Dünən, 16:00
    ''UltrAslan''ın lideri saxlanıldı!
  • Dünən, 15:27
    Doğma klubuna qayıtdı
  • Dünən, 14:58
    Ağadadaş Salyanski "Araz-Naxçıvan"da
  • Dünən, 14:26
    "İmişli"dən ayrılmağımın sadaladığınız səbəblərlə heç bir bağlılığı yoxdu" - gedən xanım
  • Dünən, 13:55
    "İmişli"nin sabiq futbolçusu "Karvan-Yevlax"da
  • Dünən, 13:34
    “Misli” premyer-liqaya sponsorluğunu davam etdirəcək
Daha çox
Oxunub: 279
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 128
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 128
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 103
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
Oxunub: 102
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə