Bir neçə dəqiqə əvvəl “Sabah”ın “Orhus”la oyun üçün start heyəti açıqlanıb.
Avrokubok oyunlarında nadir hallarda dəyişikliyə əl atan Valdas Dambrauskas, belə görünür ki, səfər oyununun davamını istəyir. Axı Randersdəki oyunda məhz Patrik Orfe Mbina meydana çıxandan sonra “Sabah”ın hücumları bir qədər də canlanmışdı. Bu məqamı nəzərə alan litvalı mütəxəssis start heyətində Parrisə yox, Mbinaya güvənib.
Həm də Mbinanın ilk “11-lik”də görünməsi ilə taktiki sxem dəyişikliyə məruz qalıb. Belə ki, yarımmüdafiənin cinahlarında Mikelslə Simiç yer alacaq, Mbina mərkəz hücumçusu kimi oynayacaq.
Uğurlar olsun!
“Sabah”ın start heyətində sürpriz ad: Dambrauskas ona yox, Mbinaya güvəndi!
Aktual / Avrokuboklar





