Yenidən paytaxt klubuna xidmət edəcək

31.08.2026 16:02 45
Dünya futbolu
Qabi yenidən “Atletiko”ya xidmət edəcək.

"Football-plus.az" xəbər verir ki, sabiq futbolçu Madrid klubuna qayıdıb. Paytaxt təmsilçisinin mətbuat xidmətinin məlumatına görə, 43 yaşlı keçmiş yarımmüdafiəçi Dieqo Simeonenin rəhbərlik etdiyi məşqçilər korpusunda işləyəcək.

Qabi “Atletiko”da 2002-07 və 2011-18-ci illərdə oynayıb. “Xetafe” və “Saraqosa”nın da formasını geyən ispaniyalı 2018-20-ci illərdə “Əl-Sədd”də (Qətər) çıxış edib. O, futbolçu karyerasını 2020-ci ildə başa vurub.