"Futbol+"in xəbəri təsdiqləndi: iki oyunçu futboldan ömürlük uzaqlaşdırıldı!

19.01.2023 15:55 306
Ölkə futbolu / Manşet
Danışılmış oyunlarda iştirakına görə Mərkəzi Ordu İdman Klubunun (MOİK) futbolçuları 29.03.1990-cı il təvəllüdlü Əliyev Fərmayıl Nəriman oğlu və 22.09.1991-ci il təvəllüdlü Mehtiyev Emin Natiq oğlu ömürlük futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilsin (maddə 80.2).

Football-plus.az xəbər verir ki, tərəflər bu qərarı aldıqdan sonra 15 (on beş) gün ərzində AFFA-nın Apellyasiya Arbitraj Tribunalına qərarla bağlı apellyasiya şikayəti verə bilərlər.

Qeyd edək ki, bu məlumatı ilk olaraq "Futbol+" qəzeti yayıb.